"Azərkosmos"un sədri Beynəlxalq Astronavtika Federasiyasına vitse-prezident seçilib
Azərbaycanın Kosmik Agentliyi – "Azərkosmos"un İdarə Heyətinin sədri Saməddin Əsədov Beynəlxalq Astronavtika Federasiyasının vitse-prezidenti seçilib.
"Sizinxeber.az-Economics" xəbər verir ki, bu qərar bu gün Milan Konqresində Federasiyanın Baş Assambleyasının iclasında qəbul edilib. İclasda müzakirələrdən sonra Beynəlxalq Astronavtika Federasiyasının bürosu və komitə üzvləri Saməddin Əsədovun namizədliyini dəstəkləyiblər.
Qeyd edək ki, Büro Beynəlxalq Astronavtika Federasiyasının əsas icra orqanıdır. Vitse-prezidentin əsas vəzifəsinə Baş Assambleyanın plenar iclaslarına, konqreslərinə, simpoziumlarına və Federasiyanın digər iclaslarına rəhbərlik etmək, Federasiyaya üzv olan kosmik qurumlara öz tövsiyələrini vermək, Baş Assambleyaya illik maliyyə hesabatının hazırlanmasına nəzarət etmək, Federasiya daxilində komitələri təyin etmək, üzvlər arasında əməkdaşlığı gücləndirmək daxildir.
Saməddin Əsədovun vitse-prezident olaraq qlobal təşkilatda fəaliyyəti Azərbaycanın kosmik sahədə əldə etdiyi uğurların daha yüksək platformadan səsləndirilməsinə imkan verəcək.
Oxşar xəbərlər
"Azərkosmos"un sədri Beynəlxalq Astronavtika Federasiyasına vitse-prezident seçilib
Azərbaycanı 75-ci Beynəlxalq Astronavtika Konqresində 50-dən çox gənc təmsil edəcək
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib - YENİLƏNİB
"Azərkosmos": Peyk görüntülərindən istifadə edərək gələcəklə bağlı proqnozlar verə bilirik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ronald Koeman: "Yaponiya ilə matçda qələbəni əldən vermək məyusedicidir"
-
Kiyev Rusiya ordusu tərəfindən dron və raket atəşinə tutulub
-
Vens: ABŞ-İran sazişi Yaxın Şərqi 50 il ərzində dəyişdirə bilər
-
Yaponiya millisinin baş məşqçisi: "Bərabərlik qolu komandanın xarakterini göstərdi"
-
Tramp: ABŞ İranı 15 il müddətinə uranı zənginləşdirməkdən imtina etməyə qane edə bilər
-
Türkiyə XİN: ABŞ - İran razılaşmasını alqışlayırıq
