Sahil Babayev: "Ötən il büdcə xərclərinin 98 %-i xəzinə müşayiətinə cəlb edilib"
2025-ci ildə Azərbaycanda dövlət maliyyəsinin səmərəli idarə edilməsi məqsədilə bir sıra islahatlar həyata keçirilib.
"Report" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Bu istiqamətdə 13 altsistemdən ibarət "Rəqəmsal Dövlət Maliyyəsi" İnformasiya Sistemi yaradılaraq Əsasnaməsi təsdiq olunub. Sistem çərçivəsində artıq "e-müqavilə", "e--rüsum", "büdcə məlumat idarəetmə", "elektron büdcə bələdçisi, "dövlət müəssisələrinin rəqəmsal monitorinqi" modulları istifadəyə verilib", - deyə o qeyd edib.
Bundan başqa, nazir əlavə edib ki, həyata keçirilən islahat tədbirləri çərçivəsində dövlət xəzinədarlığının fəaliyyəti təkmilləşdirilib, bu istiqamətdə dövlət büdcəsinin gəlir və xərclərinə nəzarətin təmin edilməsi, büdcə gəlirlərinin və xərclərinin cari və növbəti dövr üçün proqnozlaşdırılması məqsədilə müvafiq maliyyə hesabatlılıq portalı hazırlanaraq istifadəyə verilib: "Eyni zamanda hesabat dövründə büdcə xərclərinin 98 %-i xəzinə müşayiətinə cəlb edilib, dövlət xəzinədarlığında cari risk əsaslı nəzarət mexanizminin tətbiqinə başlanılıb. Xəzinədarlıq orqanlarının inzibati idarəetmə sistemi təkmilləşdirilib, regional xəzinədarlıq orqanları mərkəzləşdirilib. Hazırda ölkə üzrə bütün ödənişlərin yalnız bir xəzinə orqanı vasitəsilə təmin edilir".
"Hesabat dövründə dövlət müəssisələrinin gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və təhlili Qaydaları, habelə xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar təsdiq edilib, dövlət investisiya və infrastruktur layihələrinin maliyyə ekspertizasının təhlili prosesinə başlanılıb", - deyə o vurğulayıb.
Oxşar xəbərlər
Sahil Babayev: "Dövlət maliyyəsinin daha səmərəli idarə edilməsi ilə bağlı islahatlara başlanılıb"
Maliyyə naziri: "Regionların büdcədən asılılığı daha da azalıb"
Nazir dekabrda büdcə xərclərinin artmasına aydınlıq gətirib
Azərbaycanda dövlət maliyyəsinin idarə olunması vahid platformada birləşdirilir
Sahil Babayev: Sosial islahat paketi pensiyaların indeksləşdirilməsi ilə birlikdə 3 milyon insanı əhatə edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sabahdan lisey və gimnaziyalara qəbul başlayır
-
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
-
Netanyahu və Tramp Yaxın Şərqdə münaqişənin gərginləşməsini müzakirə ediblər
-
Britaniya süni intellekt üçün superkompüterin yaradılmasına 1 milyard dollar yatırım edir
-
Sabah Şəkinin iki kəndində qaz kəsiləcək
-
Ceyhun Bayramovla Hakan Fidan regional və beynəlxalq prosesləri müzakirə ediblər - YENİLƏNİB
