Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayemi qəbul edib.
APA xəbər verir ki, Məhəmməd Ben Sulayem ötən ilin dekabrında Beynəlxalq Avtomobil Federasiyasının Baş Assambleyasının və Federasiyanın mükafatlandırma mərasiminin Bakıda keçirilməsinə verdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.
Qonaq Azərbaycan Avtomobil Federasiyası və klublar ilə sıx əlaqələrin mövcud olduğunu deyərək, əməkdaşlığın genişləndiyini vurğuladı.
Məhəmməd Ben Sulayem COP çərçivəsində Beynəlxalq Avtomobil Federasiyasının nəqliyyat sahəsində fəaliyyətə dəstək verəcəyini və bununla bağlı Federasiyanın mütəxəssislərinin ölkəmizlə əməkdaşlıq edəcəklərini bildirdi.
Dövlətimizin başçısı Beynəlxalq Avtomobil Federasiyasının prezidentini COP29-a dəvət etdi.
***
11:09
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayemi qəbul edib.
APA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidmətinin məlumatında bildirilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib
Heydər Əliyev Mərkəzində FIA həftəsi qonaqlarının qarşılanma tədbiri təşkil olunub
İlham Əliyev Bərdə-Ağdam avtomobil yolunun açılışında iştirak edib
Prezident İlham Əliyev “Formula 1”in prezidenti və baş icraçı direktorunu, məsləhətçisini və britaniyalı supermodeli qəbul edib - FOTOLENT - YENİLƏNİB
Pakistanın yeni səfiri etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













