TUBİTAK: Azərbaycan ilə Türkiyə kriptologiya sahəsində yeni texnologiyaları inkişaf etdirməlidir
sizinxeber.az xəbər saytı

TUBİTAK: Azərbaycan ilə Türkiyə kriptologiya sahəsində yeni texnologiyaları inkişaf etdirməlidir


Azərbaycan ilə Türkiyə kriptologiya sahəsində yeni texnologiyaları inkişaf etdirməlidir.

"Report" xəbər verir ki, bunu TUBİTAK BİLGEM Mərkəzinin prezidenti Əli Görçin Bakıda keçirilən "Simsiz rabitə üzrə süni intellektlə dəstəklənən yeni kibermüdafiə üsulları" təlimin açılış mərasimində bildirib.

Onun sözlərinə görə, ölkələr Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki münaqişələr ilə daha mürəkkəb dövrə daxil olub: "Sülhün bərqərar olması mühüm əhəmiyyət kəsb edir. Amma sülhün yaranması üçün ilk növbədə güclü olmalıyıq. Azərbaycan ilə Türkiyə heç vaxt başqa ölkələrə münasibətdə düşmənçilik aparmayıb. Biz sadəcə olaraq ölkələrimizin ərazilərini qorumağa çalışırıq”.

O qeyd edib ki, adıçəkilən müharibə və münaqişələrdə klassik müharibə üsulları ilə yanaşı, başqa metodlardan da istifadə olunur: “Odur ki, bu mənada kriptologiya sahəsi mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə texnologiyalara hakim olmalı və bununla bağlı yeni texnologiyaları inkişaf etdirməliyik. "Simsiz rabitə üzrə süni intellektlə dəstəklənən yeni kibermüdafiə üsulları" təlimi bu istiqamətdə ilk addımdır".

Oxşar xəbərlər

Türkiyəli professor: Ölkələrimiz kriptologiya sahəsində yeni texnologiyaları inkişaf etdirməlidir
İlqar Musayev: "Azərbaycan kibertəhlükələrə cavab vermək qabiliyyətini artıra bilər"
"PAŞA Holdinq" rəsmisi: "INMerge” İnnovasiya Sammiti yeni təşəbbüslər üçün mühüm əhəmiyyət kəsb edir"
Azərbaycanın yeni kibermüdafiə üsulları Sülh və Təhlükəsizlik Naminə Elm proqramı tərəfindən təsdiqlənib
Özbəkistanlı nazir müavini: “İKT sahəsində birgə investisiya layihələrinə ehtiyac var”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər