Azərbaycanın yeni kibermüdafiə üsulları Sülh və Təhlükəsizlik Naminə Elm proqramı tərəfindən təsdiqlənib
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin İstanbul Texniki Universiteti ilə birgə layihəsi olan "Simsiz rabitə üzrə süni intellektlə dəstəklənən yeni kibermüdafiə üsulları" təlimi layihəsi NATO və Tərəfdaşlar arasında əməkdaşlıq və dialoqun genişləndirilməsi üçün mühüm vasitə hesab olunan Sülh və Təhlükəsizlik Naminə Elm proqramı tərəfindən təsdiqlənib.
“APA-Economics” xəbər verir ki, bununla bağlı keçirilən "Simsiz Rabitə üzrə süni intellektlə dəstəklənən yeni kibermüdafiə üsulları" təlim proqramının açılış mərasimində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev çıxış edib. O deyib ki, rəqəmsal dövr özü ilə yeni fürsətlərlə yanaşı, həm də yeni çağırışlar və problemlər gətirir:
"Simsiz rabitə rəqəmsal dünyada xüsusi təyinatlı sistemlərdə, kritik infrastrukturlarda, xüsusən də ağıllı şəhər, ağıllı kənd konsepsiyalarında, eləcə də gündəlik həyatın hər bir sahəsində önəmli rol oynayır. Bu sistemləri hədəfləyən kibertəhdidlərin artan mürəkkəbliyi milli təhlükəsizlik və iqtisadi rifah üçün ciddi problemlər yarada bilir. Bu baxımdan, süni intellektin simsiz rabitə üzrə kibermüdafiə sahəsində bizə təqdim etdiyi imkanlardan səmərəli istifadə etməliyik".
Oxşar xəbərlər
Dövlət Xidmətinin rəisi: Süni intellekt kibermüdafiə strategiyalarımızı gücləndirməyə imkan verir
Bakıda Kibertəhlükəsizliklə bağlı beynəlxalq konfrans keçiriləcək
Azərbaycanda üç yeni peşə bayramı günü təsis edilib
MDB dövlətlərinin rəsmi qurum və şəxsləri arasında yazışmaların təhlükəsizliyi müzakirə edilib
Dövlət Xidməti: “COP29”la bağlı saxta səhifələrin sayı artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













