"PAŞA Holdinq" rəsmisi: "INMerge” İnnovasiya Sammiti yeni təşəbbüslər üçün mühüm əhəmiyyət kəsb edir"
"INMerge” İnnovasiya Sammiti yeni təşəbbüslər və innovasiyalarla bağlı mühüm əhəmiyyət kəsb edən platformadır.
"Sizinxeber.az" xəbər verir ki, bunu “PAŞA Holdinq” MMC-nin baş icraçı direktoru Cəlal Qasımov təmsil etdiyi qurumun təşkilatçılığı ilə Bakıda keçirilən "INMerge” İnnovasiya Sammitinin 2-ci günündə bildirib.
"Hazırda şirkətlər üçün ən böyük risk yenilik etməməkdir. Bu gün texnologiyalar, istehlakçı ehtiyacları dəyişir. 5-10 il əvvəl rəqəmsal marketinqin ümumi marketinq büdcəsindəki payı xeyli aşağı idi. Amma hazırda bu göstərici artır. Odur ki, şirkətlər ilk növbədə yenilik etməməyin ən böyük risk olduğunu anlamalıdırlar", - o qeyd edib.
Holdinq rəsmisinin sözlərinə görə, hazırda şirkətlər dəyişiklikləri qəbul etməli, innovasiyalara, yeni təşəbbüslərə açıq olmalıdırlar: "Bu mənada "INMerge” İnnovasiya Sammiti və bunun kimi platformalar mühüm əhəmiyyət kəsb edir. Belə tədbirlərə müxtəlif ölkələrdən daha çox insanın iştirak etməsinə çalışırıq".
Oxşar xəbərlər
Bakıda "İnmerge" İnnovasiya Sammiti keçirilir
Cəlal Qasımov: "Süni intellekt səmərəliliyi artırır, amma idarəetmədə liderlərin rolu böyükdür"
“PAŞA Holding” “INMerge” İnnovasiya Sammitini təşkil edir
“INMerge” Innovasiya Sammitinə 1 ay qaldı!
"Youtube"un həmtəsisçisi Bakıda "INMerge” İnnovasiya Sammitinə qatılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ermənistan sülh sazişini niyə iyuna qədər imzalamaq istəyir?
-
Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb
-
“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır
-
Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib
-
Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?
-
Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?












