Özbəkistanlı nazir müavini: “İKT sahəsində birgə investisiya layihələrinə ehtiyac var”
sizinxeber.az xəbər saytı

Özbəkistanlı nazir müavini: “İKT sahəsində birgə investisiya layihələrinə ehtiyac var”


İKT sahəsində region ölkələrinin birgə investisiya layihələri həyata keçirməsinə ehtiyac var.

"Report" xəbər verir ki, bunu Özbəkistanın rəqəmsal texnologiyalar nazirinin birinci müavini Olimjon Umarov "PAŞA Holding"in təşkilatçılığı ilə Bakıda keçirilən "INMerge" İnnovasiya Sammitində deyib.

Onun sözlərinə görə, hazırda informasiya texnologiyaları sahəsində regional əməkdaşlıq Özbəkistan üçün mühüm əhəmiyyət kəsb edir: “Söhbət startaplar, rəqəmsal layihələrdən gedir. Bundan başqa, rəqəmsal sahə ilə bağlı maneələri də aradan qaldırmalayıq”.

O qeyd edib ki, bununla bağlı ölkələrin qanunvericilikləri təkmilləşdirməlidir: “Üstəlik, informasiya texnologiyaları sahəsində məlumat mübadiləsinin aparılacağı, təlimlərin keçiriləcəyi regional proqramlar olmalıdır".

Oxşar xəbərlər

Özbəkistanlı nazir: Region ölkələrinin birgə investisiya layihələrinə ehtiyac var
“PAŞA Holding” “INMerge” İnnovasiya Sammitini təşkil edir
Nazir: "Azərbaycanda əhalinin dövlət qurumları ilə əlaqələrinin 35 %-i rəqəmsallaşıb"
Prezident Pakistanla informasiya texnologiyaları sahəsindəki memorandumu təsdiq edib
Pakistanla informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Fərman imzalanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle