Tural Məmmədov: "İndiyədək WUF13-ün informasiya sistemlərinin təhlükəsizliyində hər hansı bir fəsad yaranmayıb"
İndiyədək Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) informasiya sistemlərinin təhlükəsizliyi ilə bağlı hər hansı bir fəsad qeydə alınmayıb.
Bunu "Sizinxeber.az"a açıqlamasında Bakıda keçirilən WUF13 çərçivəsində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisinin müavini Tural Məmmədov bildirib.
Onun sözlərinə görə, WUF13 Azərbaycanda keçirilən ən böyük beynəlxalq tədbirlərdən biridir: "Bu tədbirin əsas istiqamətlərindən biri də şəhərləşmə ilə bağlı məsələlərdir. Bizim toxunduğumuz və stenddə də göstərmək istədiyimiz əsas məqamlardan biri isə "ağıllı şəhərlər"də, o cümlədən yeni şəhərlərdə tətbiq edilən rəqəmsal transformasiya ilə yanaşı, bu sistemlərin informasiya təhlükəsizliyinin necə qorunması ilə bağlıdır. Burada müxtəlif simulyasiyalar təqdim edirik. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti olaraq, bu kibersimulyasiyalar zamanı hansı fəsadların yarana biləcəyi, bunlara qarşı hazırlığımızı necə təşkil edəcəyimizi, bu "ağıllı şəhərlər"də yarana biləcək fəsadları və ya kiberhücumlar nəticəsində hansı kaskad effektlərinin yarana biləcəyini əyani olaraq göstəririk. Həm bunu 3D model üzərində, eyni zamanda da ekranda 13 simulyasiyadan ibarət müxtəlif hekayələrimiz qurulub. Həmin simulyasiyalar icra olunduqca, burada müxtəlif obyektlərə olan, müxtəlif informasiya sistemlərinə olan kiberhücumlar göstərilir, onların fəsadları izah olunur".
O qeyd edib ki, bu tədbirin informasiya təhlükəsizliyini məhz Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti həyata keçirir: "Buraya bu tədbirin təhlükəsiz internet təminatı, informasiya sistemlərinin auditi, təhlükəsizliyi və sair məsələlər daxildir. Yəni bu tədbirə hazırlıq mərhələsindən indiyə qədər və hazırda da bütün bu təhlükəsizlik məsələləri tərəfimizdən, təşkilatçılarla birlikdə və müvafiq qurumlarla birlikdə həyata keçirilir. Müxtəlif kiberhücumlar və hər hansı bir saxta saytlar və sair olarsa, bu barədə biz mütəmadi olaraq məlumatları rəsmi saytımızda paylaşacağıq".
Oxşar xəbərlər
İlham Əliyev: Azərbaycan öz tarixi irsini qoruyub saxlayır
Azərbaycan Prezidenti İlham Əliyev WUF13-ün işinə uğurlar arzulayıb
Bakıda WUF13 çərcivəsində gün ərzində 300-dək tədbirin keçirilməsi planlaşdırılır
"Report" İnformasiya Agentliyi WUF13-un media tərəfdaşı olub
Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı qaydalar dəyişdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Azərbaycanın gülçə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
-
Ronaldo gümüş almaqdan imtina etdi
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
