Azərbaycanda vergi ödəyicilərinin sayı 1,7 milyonu ötüb
sizinxeber.az xəbər saytı

Azərbaycanda vergi ödəyicilərinin sayı 1,7 milyonu ötüb


Bu ilin may ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 705 min 276 vergi ödəyicisinin 86,8 faizi fiziki şəxslər, 13,2 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.

"APA-Economics" Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5,1 faiz, o cümlədən fiziki şəxslərin sayı 5 faiz, hüquqi şəxslərin sayı 6,1 faiz artıb.

May ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 208.315 təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 6,7 faiz çoxdur.

Cari ilin aprel ayında 1.341 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onların 91,7 faizi yerli investisiyalı, 8,3 faizi isə xarici investisiyalı müəssisələrdir. Kommersiya qurumlarının 88,8 faizi elektron qaydada qeydiyyata alınıb. 2026-cı ilin yanvar – aprel aylarında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 97,2 faiz təşkil edib.

2026-cı ilin may ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,2 faizi məhdud məsuliyyətli cəmiyyət formasında yaradılıb.

Oxşar xəbərlər

Azərbaycanda vergi ödəyicilərinin sayı 5%-ə yaxın artıb
I rübdə 383 xarici investisiyalı kommersiya qurumu dövlət qeydiyyatından keçib
Ötən ay 129 xarici investisiyalı qurum dövlət qeydiyyatından keçib
Azərbaycanda kommersiya qurumlarının sayı 8%-dən çox artıb
Yeddi ayda 810 xarici investisiyalı şirkət dövlət qeydiyyatından keçib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər