İRİA və "Plug and Play" startapların qlobal bazarlara çıxışını dəstəkləyən proqrama start verir
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və ABŞ-nin nüfuzlu innovasiya şirkəti olan "Plug and Play"in əməkdaşlığı çərçivəsində yüksəkpotensiallı startapların "Silikon vadisi" ekosisteminə çıxışını sürətləndirən "GOAL" proqramına (soft landing) start verilib.
Proqram ərzində startaplar yeni bazarlara çıxış məqsədilə strateji hazırlıq, adaptasiya, uğurlu rəqabət və investisiya cəlbi kimi bacarıqlara yiyələnəcək, "Plug and Play"in aparıcı ekspertlərinin mentorluq dəstəyi və "Silikon vadisi"nin şəbəkələşmə imkanlarından faydalana biləcəklər.
Proqram 13 aprel – 26 may 2026-cı il tarixlərində keçiriləcək və son iki həftəsi ABŞ-nin texnologiya nəhənglərinin yerləşdiyi Silikon vadisində baş tutacaq. Proqram ərzində startapların, həmçinin "Plug and Play" şirkətinin təşkilatçılığı ilə keçirilən "Silicon Valley Summit"də iştirakı nəzərdə tutulur. Hər il minlərlə iştirakçını cəlb edən bu sammit dünyanın ən böyük innovasiya tədbirlərindən biri olmaqla qlobal şirkətləri, investorları, startapları və ekosistem liderlərini bir araya gətirir. Bununla yanaşı, proqramda iştirak edən startaplar xüsusi qiymətləndirmə ilə seçilərək sammitdə investorlar önündə çıxış etmək imkanı da əldə edəcəklər.
Proqrama müraciətlər 3 aprel 2026-cı il tarixinədək açıq olacaq. Startaplar bu link üzərindən proqrama müraciət edə bilər.
Oxşar xəbərlər
İRİA: 3 ildə yerli startaplar 2,4 mln. avrodan çox xarici investisiya cəlb edib
Ukraynanın Buça şəhərində iki partlayış olub, polis hadisəni terror aktı kimi qiymətləndirib
İRİA "EPAM Azərbaycan" ilə birgə yeni "Karyera Mükəmməlliyi" proqramına start verir
Azərbaycan startapları son 3 ildə 2 milyon avrodan çox investisiya cəlb edib
Azərbaycan diplomatları Silikon vadisində yeni açılmış məscidi ziyarət ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İmişlidə ağır qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb
-
WUF13-də Azərbaycanın şəhər inkişafı təcrübəsinin paylaşılması çoxtərəfli diplomatiyaya dəstəkdir - RƏY
-
Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə 500-cü qol qeydə alınıb
-
Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off matçının vaxtı və nominal ev sahibi müəyyənləşib
-
"Tasnim": İran və ABŞ memorandumun bəzi bəndləri üzrə razılığa gələ bilmir
-
"Qarabağ" Zakira Savonu transfer edib
