Yol qəzasında həlak olan Təbrizdəki konsulun cənazəsi Azərbaycana gətirilib - YENİLƏNİB
Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranovun cənazəsi Azərbaycana gətirilib.
Bu barədə APA-nın sorğusuna cavab olaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə deyib.
O qeyd edib ki, diplomat bu gün Göyçayda dəfn olunacaq.
***
12:27
İran Xarici İşlər Nazirliyi Azərbaycanın Təbrizdəki konsulunun həlak olduğu yol qəzası ilə bağlı başsağlığı verib.
APA-nın Tehran bürosunun məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bugünkü bildirib ki, Konsulluq İdarəsi Azərbaycan səfirliyi ilə əlaqə saxlayıb.
Onun sözlərinə görə, diplomatın nəşinin göndərilməsi üçün koordinasiya aparılıb.
O, bu hadisəyə görə təəssüfləndiklərini qeyd edib.
XİN sözçüsü vurğulayıb ki, İran zəruri prosedurların icrası və nəşin göndərilməsi üçün yardım göstərməyə hazırdır.
Qeyd edək ki, Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranov mayın 23-də xidməti fəaliyyətini yerinə yetirərkən Culfa-Təbriz avtomagistral yolunda Mərənd qəsəbəsi yaxınlığında avtomobil qəzasında ölüb.
Firuzə Vahid
Haşim Rahimi
Oxşar xəbərlər
İran səfiri konsulumuzun həlak olması ilə bağlı başsağlığı verdi
Azərbaycan XİN: İran və İsraildəki səfirliklər fəaliyyətini davam etdirir, ölən və yaralanlar arasında vətəndaşlarımız yoxdur
XİN: İran və İsraildəki səfirliklər fəaliyyətini davam etdirir, ölən və yaralanlar arasında Azərbaycan vətəndaşları yoxdur
Azərbaycan və İran arasında konsulluq məsləhətləşmələri keçirilib
İran XİN: Anlaşma memorandumunun yekunlaşdırılması mərhələsindəyik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İmişlidə ağır qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb
-
WUF13-də Azərbaycanın şəhər inkişafı təcrübəsinin paylaşılması çoxtərəfli diplomatiyaya dəstəkdir - RƏY
-
"Tasnim": İran və ABŞ memorandumun bəzi bəndləri üzrə razılığa gələ bilmir
-
"Qarabağ" Zakira Savonu transfer edib
-
Yol polisi əlverişsiz hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
-
Rusiyadan zərbə: Səfirin iqamətgahına ziyan dəydi
