Azərbaycan diplomatları Silikon vadisində yeni açılmış məscidi ziyarət ediblər
Azərbaycanın Los-Ancelesdəki konsulluğunun diplomatları Silikon vadisində yeni açılmış Ərtoğrul Qazi məscidini ziyarət ediblər.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Kaliforniyadakı diplomatik nümayəndəliyinin bildirib.
“Yeni açılmış Ərtoğrul Qazi məscidini ziyarət etməkdən şad olduq. [Türkiyənin] Dəyanət Vəqfi Silikon vadisi şöbəsinin səmimi qəbulu və qonaqpərvərliyinə görə ürəkdən təşəkkür edirik. Dolğun müzakirələrə görə icma üzvlərinə minnətdarıq”, – Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğunun sosial şəbəkə hesabında qeyd olunub.
Xatırladaq ki, daha əvvəl azərbaycanlı diplomatlar Kaliforniyada ASALA terrorçularının qurbanı olmuş türkiyəli diplomatların xatirəsini yad etmişdilər.
Oxşar xəbərlər
Kaliforniyada “ASALA” terrorçusu tərəfindən öldürülən türk diplomatları anılıb
XİN başçısı: Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun fəaliyyəti ilk fürsətdə bərpa oluncaq
Xarici ölkələrin diplomatları Şəhidlər Xiyabanını ziyarət ediblər
Azərbaycanın Los Ancelesdəki Baş konsulluğu evakuasiya edilib
Parisdə xarici diplomatlar Azərbaycanın UNESCO-dakı nümayəndəliyini ziyarət edərək başsağlığı veriblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













