PAŞA Bank: Son iki ayda Mərkəzi Bankın valyuta hərraclarında iştirak etməmişik
Son iki ayda Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta hərraclarında iştirak etməmişik.
"Sizinxeber.az-Economics" xəbər verir ki, bunu PAŞA Bankın 2025-ci ilin maliyyə nəticələrinə həsr olunmuş mətbuat konfransında bankın Baş Maliyyə İnzibatçısı Murad Süleymanov deyib.
Onun sözlərinə görə, PAŞA Bank son iki ay ərzində Azərbaycan Mərkəzi Bankının keçirdiyi valyuta hərraclarında iştirak etməyib.
M.Süleymanov bildirib ki, hazırda bazarda valyuta təklifi tələbi üstələyir və bankın hərraclar vasitəsilə əlavə valyuta alışına ehtiyacı yaranmayıb.
PAŞA Bankın İdarə Heyətinin sədri və Baş İcraçı Direktoru Cavid Quliyev isə qeyd edib ki, valyuta bazarında müşahidə olunan vəziyyət əsasən mövsümi xarakter daşıyır.
Onun sözlərinə görə, ilin ikinci yarısında həm neft, həm də qeyri-neft sektorunda investisiya və cari xərclərin artması fonunda valyutaya tələbatın yüksəlməsi gözlənilir.
Bank rəhbəri əlavə edib ki, mövcud şəraitdə valyuta bazarında hər hansı qeyri-adi vəziyyət müşahidə olunmur və tələb-təklif balansı bazar mexanizmləri vasitəsilə təmin edilir.
Oxşar xəbərlər
Mərkəzi Bankın valyuta ehtiyatları 11,8 mlrd. dollara yaxınlaşıb
Mərkəzi Bankın valyuta ehtiyatları 11 mlrd. dollardan aşağı düşüb
Mərkəzi Bankın valyuta ehtiyatları 11,2 mlrd. dollara yaxınlaşıb
Azərbaycanda 11 ayda valyuta hərraclarında 6.6 mlrd. dollar satılıb
Azərbaycanda 8 ayda valyuta hərraclarında 4.8 mlrd. dollar satılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İmişlidə ağır qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb
-
WUF13-də Azərbaycanın şəhər inkişafı təcrübəsinin paylaşılması çoxtərəfli diplomatiyaya dəstəkdir - RƏY
-
"Tasnim": İran və ABŞ memorandumun bəzi bəndləri üzrə razılığa gələ bilmir
-
"Qarabağ" Zakira Savonu transfer edib
-
Yol polisi əlverişsiz hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
-
Rusiyadan zərbə: Səfirin iqamətgahına ziyan dəydi
