Azərbaycanda toxumçuluq sahələrində aprobasiya prosesi ilk dəfə rəqəmsal platformaya keçirilib
Azərbaycanda ilk dəfə olaraq toxumçuluq sahələrində aprobasiya prosesinin rəqəmsal platforma üzərindən aparılmasına başlanılıb.
"Report"un Hacıqabula ezam olunan əməkdaşı xəbər verir ki, Aqrar Xidmətlər Agentliyinin (AXA) tətbiq etdiyi yeni "AXA mobile" mobil tətbiqi sayəsində aprobasiya prosesi tam rəqəmsallaşdırılıb.
Tətbiq vasitəsilə həyata keçirilən proseslərin real vaxt rejimində izlənilməsi, məlumatların operativ şəkildə toplanması və nəticələrin elektron formada sistemləşdirilməsi təmin edilir.
Bu yanaşma kənd təsərrüfatında operativliyin artırılması və keyfiyyətə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu rəqəmsal sistemin və aprobasiya prosesinin mahiyyətini ictimaiyyətə daha yaxından çatdırmaq məqsədilə Hacıqabul rayonunda media nümayəndələrinin iştirakı ilə toxumluq taxıl əkini sahəsində aprobasiya prosesi həyata keçirilib.
Proses çərçivəsində əkin sahələrində sorttəmizliyin, xəstəlik və zərərvericilərə yoluxma səviyyəsinin, alaqlanma dərəcəsinin və əkinlərarası izolyasiya məsafəsinə riayət olunmasının qiymətləndirilməsi aparılıb.
Aprobasiya zamanı mütəxəssislər tərəfindən sahələrə baxış keçirilib, toxumların sortluq keyfiyyətinin standarta uyğunluğu qiymətləndirilib və mövcud vəziyyət əsasında ilkin məhsuldarlıq göstəricilərinin proqnozlaşdırılması həyata keçirilib.
Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, aprobasiya toxumluq materialların dövlət standartlarına uyğunluğunun müəyyən edilməsi və yüksək keyfiyyətli toxum istehsalının təmin olunması məqsədilə aparılan mühüm nəzarət mexanizmidir. Bu proses kənd təsərrüfatında məhsuldarlığın artırılması və toxum bazasının keyfiyyətinin yüksəldilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, ümumilikdə cari ildə 47,3 min hektar toxumluq taxıl əkini sahəsində aprobasiya aparılması nəzərdə tutulur. Həmin sahələrin 13,6 min hektarını arpa, 33,7 min hektarını isə buğda əkinləri təşkil edir.
Oxşar xəbərlər
Yaxın vaxtlarda Azərbaycanda “Mobil icra” tətbiqi istifadəyə veriləcək
Azərbaycanda gömrük proseslərinin sürətləndirilməsi üçün süni intellekt tətbiq ediləcək
Naxçıvanda toxum sərgi-satış yarmarkası keçirilib
Vətəndaşlar ipoteka götürərkən məhkumluq haqqında arayışı rəqəmsal formada təqdim edə biləcək
Azərbaycanda daha 23 sənəd rəqəmsal formata keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İmişlidə ağır qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb
-
WUF13-də Azərbaycanın şəhər inkişafı təcrübəsinin paylaşılması çoxtərəfli diplomatiyaya dəstəkdir - RƏY
-
"Tasnim": İran və ABŞ memorandumun bəzi bəndləri üzrə razılığa gələ bilmir
-
"Qarabağ" Zakira Savonu transfer edib
-
Yol polisi əlverişsiz hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
-
Rusiyadan zərbə: Səfirin iqamətgahına ziyan dəydi
