Azərbaycan buğda idxalını 7 %-ə yaxın artırıb
sizinxeber.az xəbər saytı

Azərbaycan buğda idxalını 7 %-ə yaxın artırıb


Bu ilin yanvar-aprel aylarında Azərbaycan 445 min 537 ton buğda idxal edib.

"Sizinxeber.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə buğdanın dəyəri 99 milyon 608 min ABŞ dolları olub.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 26 min 431 ton (6,3 %), dəyər baxımından isə 9 milyon 72 min dollar (10 %) çoxdur.

Hesabat dövründə buğda idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1,8 %-ni təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 17 milyard 403 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 11 milyard 879 milyon ABŞ dolları ixracın, 5 milyard 525 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 35,2 % artıb, idxal isə 32,1 % azalıb.

Oxşar xəbərlər

Azərbaycan buğda idxalını 29 % artırıb
Azərbaycan buğda idxalını 37 % artırıb
Azərbaycan buğda idxalına çəkdiyi xərci 8 % azaldıb
Azərbaycan çay ixracını artırıb, idxalını isə azaldıb
Azərbaycan buğda idxalını 57 % artırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər