SOCAR Bakı Enerji Həftəsində yeni konsepsiya təqdim edəcək
sizinxeber.az xəbər saytı

SOCAR Bakı Enerji Həftəsində yeni konsepsiya təqdim edəcək


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Bakı Enerji Həftəsi çərçivəsində "Etibarlı tərəfdaş, güvənli enerji" konsepsiyasını təqdim edəcək.

"Report" xəbər verir ki, bunu SOCAR-ın mətbuat katibi Emin Sevdimalıyev Bakı Enerji Həftəsi və "TransLogistika Caspian" sərgisinə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 31-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisində təqdim olunacaq SOCAR stendinin dizayn konsepsiyası məhz bu ideya əsasında hazırlanıb: "Stenddə şirkətin tarixi, mövcud fəaliyyəti və gələcək inkişaf strategiyası barədə geniş məlumat təqdim ediləcək. Eyni zamanda, SOCAR-ın enerji sektorunda strateji mövqeyi, beynəlxalq tərəfdaşlıqları və enerji təhlükəsizliyinə verdiyi töhfələr nümayiş etdiriləcək. Stend xüsusilə media nümayəndələri və tədbir iştirakçıları üçün maraqlı məkanlardan biri olacaq. SOCAR builki Bakı Enerji Həftəsində baş tərəfdaş qismində iştirak edir və şirkət rəhbərliyi forum çərçivəsində enerji transformasiyası, gələcək strategiyalar və regional əməkdaşlıq mövzularında çıxışlar edəcək".

Oxşar xəbərlər

SOCAR: Bakı Enerji Həftəsində vacib sənədlərin imzalanması gözlənilir
Bakı Enerji Həftəsində D-8 ölkələrinin nazirləri enerji təhlükəsizliyini müzakirə edəcək
Bakı Enerji Həftəsində 45 ölkədən şirkət iştirak edəcək
SOCAR “Bakı Enerji Həftəsi” çərçivəsində təşkil olunan tədbirlərdə iştirak edir
Bakı Enerji Forumunda iştirak edəcək nümayəndələrin sayı açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər