Ukraynanın Buça şəhərində iki partlayış olub, polis hadisəni terror aktı kimi qiymətləndirib
sizinxeber.az xəbər saytı

Ukraynanın Buça şəhərində iki partlayış olub, polis hadisəni terror aktı kimi qiymətləndirib


Ukraynanın Kiyev vilayətinin Buça şəhərində martın 23-ü səhər saatlarında çoxmənzilli yaşayış binasının yaxınlığında iki partlayış baş verib.

"Report" xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Kiyev Vilayət Şəhər Administrasiyasının rəhbəri Nikolay Kalaşnikin teleqram hesabına və Kiyev vilayəti Milli Polisinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, polis baş verənləri terror aktı kimi qiymətləndirib.

"Bu gün səhər saatlarında Buçada çoxmənzilli yaşayış binasının yaxınlığında naməlum əşyanın partlayışı baş verib. Partlayış nəticəsində binadakı pəncərələrin şüşələri zədələnib", - N.Kalaşnik qeyd edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində işləyərkən ikinci partlayış baş verib, nəticədə iki polis əməkdaşı yaralanıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, həyatları üçün təhlükə yoxdur.

Hadisə yerində polis, partlayış üzrə mütəxəssislər və xilasedicilər işləyirlər. Ərazi əhatəyə alınıb, yoxlamalar davam edir.

Oxşar xəbərlər

Salonikidə yaşayış binasında güclü partlayış olub, xəsarət alanlar var
Almaniyada partlayış baş verib, iki polis yaralanıb
İranda partlayışlar zamanı bir neçə polis əməkdaşı həlak olub
Suriyada partlayış zamanı 3 polis ölüb, xəsarət alanlar var
İstanbulda partlayış olub, yaralananlar var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər