Bolt və SUP Azərbaycanda ilk “Bolt Accelerator” proqramını başlatdı
“Bolt Accelerator” – Sürücülər və kuryerlər üçün biznes imkanları
Bolt və SUP VC şirkətləri arasında imzalanmış rəsmi əməkdaşlıq müqaviləsi əsasında Azərbaycanda ilk dəfə sürücü və kuryerlərə yönəlmiş sahibkarlıq sürətləndirici proqram – “Bolt Accelerator”a start verilib.
Müqavilə Bolt şirkətinin Əməliyyatlar üzrə baş meneceri Ramil Məhərrəmov və SUP VC şirkətinin icraçı direktoru Rəşad Eyvazov tərəfindən imzalanıb. Tədbirdə qonaq qismində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnnovasiya Ekosistemi Departamentinin rəhbəri Taleh Kərimli iştirak edib.
Proqram, eyni zamanda, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən dəstəklənir və bu təşəbbüs tərəflər arasında inkişaf, innovasiya və iqtisadi gücləndirmə sahəsində uzunmüddətli əməkdaşlığın əsasını qoyur.
Əməkdaşlıq çərçivəsində SUP VC proqramın təşkilatçılığı və mentor şəbəkəsinin qurulması, Bolt isə iştirakçıların seçimi, təlimlərin təşkili və maliyyə dəstəyi daxil olmaqla təşəbbüsün icrasına töhfə verir.
Proqram haqqında qısa məlumat
- Son müraciət tarixi: 15 avqust 2025
- İştirakçı sayı: 120 nəfər seçiləcək
Qeyd edək ki, seçilmiş iştirakçılar 8 həftə ərzində onlayn təlimlərdə iştirak edəcək və imtahanda uğur göstərən 20 iştirakçı növbəti mərhələdə 4 həftə ərzində onlayn mentorluq və əyani təlimlərdə iştirak edəcəklər.
Əsas mərhələdə:
- Praktik təlimlər (şirkət qurmaq, maliyyə, marketinq, müştəri cəlbi)
- Fərdi mentorluq dəstəyi
Finalda 7 qalib seçiləcək:
1 nəfər – 10,000 AZN
1 nəfər – 7,000 AZN
3 nəfər – 4,500 AZN
2 nəfər – 3,000 AZN
Ümumi mükafat fondu: 36 500 AZN
Qaliblər daha sonra 6 həftəlik intensiv inkişaf mərhələsində iştirak edəcək və ideyalarını real müştərilərə çatdırmaq imkanı əldə edəcəklər.
Xüsusilə mobillik, nəqliyyat, şəhər infrastrukturu, rəqəmsallaşma və bu sahələrlə bağlı texnoloji layihələr üzrə sahibkarlıq təşəbbüsləri proqramın əsas fokus istiqamətlərindəndir.
"Bolt Accelerator" haqqında
"Bolt Accelerator" Bolt-un "Urban Fund" təşəbbüsünün bir hissəsi olaraq həyata keçirilir. Bu fondun əsas məqsədi sürücü və kuryerləri iqtisadi baxımdan gücləndirmək, inkişaf üçün alətlər və imkanlar təqdim etmək, həmçinin şəhər mobilliyində innovasiyanı dəstəkləməkdir. Proqram artıq Nigeriya, Keniya, Qana, Cənubi Afrika və Avropada uğurla tətbiq olunub və 30-dan çox biznes ideyasının həyata keçməsinə dəstək verib.
Müraciət və ətraflı məlumat:
Oxşar xəbərlər
"Bolt" və "Uber" sürücülərin profillərini bloklamağa başladı
"Youtube"un həmtəsisçisi Bakıda "INMerge” İnnovasiya Sammitinə qatılacaq
Aİ Ukraynada nizamlanma üçün Rusiyaya istənilən təzyiqi alqışlayır
Azərbaycan İnnovasiya Mərkəzi açılıb
Bolt Business Azərbaycanda korporativ səfərləri yeni səviyyəyə qaldırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
-
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
-
“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
-
Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır
-
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
-
Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib








