Xankəndidə Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin yürüşü keçirilib - YENİLƏNİB
Xankəndi şəhərində 26 iyun- Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin yürüşü keçirilib.
"Report"un Xankəndi şəhərinə ezam olunan əməkdaşı xəbər verir ki, yürüşün önündə Azərbaycan əsgəri addımlayıb.
Şəxsi heyət hərbi orkestrin müşayiəti ilə şəhərin mərkəzi küçələrində müəyyən edilən marşrutlar üzrə yürüş edib.
Hərbi vətənpərvərlik mahnıları, qələbə marşının sədalarını yerli sakinlər və şəhərin qonaqları maraqla dinləyib.
Azad Xankəndi torpağında yürüş edən hərbi qulluqçular, vətəndaşlar tərəfindən alqışlarla qarşılanıb.
Bayram yürüşü şəhərin Zəfər meydanında başa çatıb.
26 İyun - Azərbaycan Silahlı Qüvvələrinin 107-ci ildönümü Xankəndi şəhərində qeyd edilir.
"Report"un Xankəndi şəhərinə ezam olunan əməkdaşı xəbər verir ki, Silahlı Qüvvələr günü münasibətilə Xankəndi Zəfər meydanından başlayan yürüş, şəhərin giriş qapısına qədər davam edəcək. Azərbaycan Ordusunun hərbi yürüşü qürurverici mənzərə yaradıb.
Yürüş, hərbi orksetrin müşayiətilə davam etdirilir.
Silahlı Qüvvələr günü Xankəndi şəhərində keçirilən tədbiri burada yaşayan sakinlər maraqla izləyirlər.
Tədbiri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və idarəetmə xidmətinin, Xankəndi şəhərində fəaliyyət göstərən dövlət və özəl qurumların nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları izləyirlər.


width="220" alt="Xankəndi şəhərində Silahlı Qüvvələrin 107-ci ildönümü qeyd edilir" />
width="220" alt="Xankəndi şəhərində Zəfər Günü münasibətilə yürüş keçirilir - FOTO - VİDEO" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"" />
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib" />
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir" />
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib" />
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />