"Arzum" ləqəbli bloqer məhkəmə zalından həbs edilib
sizinxeber.az xəbər saytı

"Arzum" ləqəbli bloqer məhkəmə zalından həbs edilib


Yol-nəqliyyyat hadisəsində bir gəncin ölümünə, digərinin isə xəsarət almasına səbəb olmaqda və hadisə yerindən qaçmaqda təqsirləndirilən bloqer İlduzə Hacıyevaya (Arzum) 5 il 2 ay müddətə azadlıqdan məhrum edilib və o məhkəmə zalından həbs edilib.

"Sizinxeber.az"un məlumatına görə, bu barədə hökm Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə elan olunub.

Xatırladaq ki, ötən proseslərin birində dövlət ittihamçısı onun 5 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə 2025-ci ilin iyununda Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. Qəza nəticəsində bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.

İttihama görə, təqsirləndirilən qəzanı törətdikdən sonra hadisə yerini tərk edib.

İlduzə Hacıyeva Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham olunur.

Qəzanın görüntüləri hadisədən sonra sosial şəbəkələrdə də yayılıb.

Oxşar xəbərlər

Perinatal Mərkəzin sabiq direktoru məhkəmə zalında həbs olunub
Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
"Talassemiya işi" üzrə təqsirləndirilən şəxslərə hökm oxunub
Adam bıçaqlamaqda təqsirləndirilən sabiq diplomata hökm oxunub
Bakıda kafedə qətl törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər