Adam bıçaqlamaqda təqsirləndirilən sabiq diplomata hökm oxunub
sizinxeber.az xəbər saytı

Adam bıçaqlamaqda təqsirləndirilən sabiq diplomata hökm oxunub


Bakıda adam bıçaqlamaqda ittiham olunan keçmiş diplomat Emin İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"Sizinxeber.az"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, o, 7 il müddətə azadlıqdan məhrum edilib. 

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı Emin İbrahimovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.  

Qeyd edək ki, hadisə 2024-cü ildə Bakının Nizami rayonunda qeydə alınıb. 

İttihama görə, Emin İbrahimov Kamal Hacıəli oğlu Şükürov adlı Qaraçuxur sakini ilə mübahisə edərkən ona bıçaqla xəsarət yetirib.  

Sabiq diplomat Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyət ilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddələri ilə ittiham olunub.

Emin İbrahimov 2007-2020-ci illərdə diplomatik xidmətdə olub. O, 2012-2016-cı illərdə Azərbaycanın ABŞ-dəki səfirliyində, 2016-2019-cu illərdə isə Azərbaycanın Uruqvaydakı diplomatik nümayəndəliyində işləyib.

Oxşar xəbərlər

Prokuror adam bıçaqlamaqda təqsirləndirilən sabiq diplomata cəza istəyib
Adam bıçaqlamaqda təqsirləndirilən keçmiş diplomata hökm oxunub
Adam bıçaqlamaqda təqsirləndirilən sabiq diplomata 10 il cəza istənilib
Bakıda kafedə qətl törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Adam bıçaqlamaqda təqsirləndirilən sabiq diplomata cəza istənilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər