Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Ötən il Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən Arif Bəhərçiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, o, 20 il müddətə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, dövlət ittihamçısı A.Bəhərçiyevin ömürlük azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, hadisə ötən il dekabrın 31-də Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib.
İttihama görə, 2001-ci il təvəllüdlü Arif Bəhərçiyev aralarında yaranmış mübahisə zamanı 1968-ci il təvəllüdlü Namiq Orucova və 1981-ci il təvəllüdlü Ramil Səfərova bıçaqla xəsarətlər yetirərək onları öldürüb.
Arif Bəhərçiyev Cinayət Məcəlləsinin 120.2.7-ci (iki şəxsi qəsdən öldürmə) maddəsi ilə təqsirli bilinib.
Oxşar xəbərlər
Salyanda qardaşı arvadını və onun oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxsə ömürlük cəza verilib
Ağcabədidə qardaşı arvadını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Bakıda kafedə bayram günü 2 nəfərin qətlinə görə tutulan şəxsə hökm oxunub
Bakıda kafedə bayram günü 2 nəfərin qətlinə görə tutulan şəxsə hökm oxunub - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
