Şəkidə həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
sizinxeber.az xəbər saytı

Şəkidə həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb


Şəkidə həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

"Sizinxeber.az" un Şimal-qərb bürosunun məlumatına görə, 1986-cı il təvəllüdlü Həmid Nazim oğlu Əliyev saxlanılıb. Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində H.Əliyevin yeri müəyyən edilərək saxlanılıb. O, istintaqa təhvil verilib.
Qətlin ailədaxili münaqişə zəminində baş verdiyi bildirilir.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, hadisə iyunun 5-də Şəkinin Cəyirli kəndində baş verib. Kənd sakini 1991-ci il təvəllüdlü Zəhra Əliyeva atasının evində qətlə yetirilib.

Oxşar xəbərlər

Gəncədə Daşkəsən sakinini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
Gəncədə həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
Bərdədə 22 yaşlı şəxs qətlə yetirilib, 16 yaşlı gənc saxlanılıb - YENİLƏNİB
Abşeronda 52 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Ucarda kişi həyat yoldaşını bıçaqlayaraq öldürməkdə şübhəli bilinir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər