Ağstafada kişi 18 yaşlı həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinir
sizinxeber.az xəbər saytı

Ağstafada kişi 18 yaşlı həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinir


Ağstafa rayonunda qətl hadisəsi qeydə alınıb.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Vurğun qəsəbəsində qeydə alınıb.

Ağstafa rayon sakini 23 yaşlı İlyas Qədimov şəxsi münasibətlər zəminində həyat yoldaşı, 18 yaşlı Mədinə Qədimovanı qətlə yetirib.

Qeyd edək ki, hadisə qadının ata evində törədilib. Artıq polis qətli törətməkdə şübhəli bilinən şəxsi saxlayıb.

Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağstafa rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər

Ağstafada 19 yaşlı gənc bıçaqlanıb  [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağstafada 30 yaşlı kişi bıçaqlanıb, saxlanılan var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prokurorluq: Şamaxı sakini bir neçə atəşlə öldürülüb - YENİLƏNİB-3 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncədə həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xaçmazda 82 yaşlı qadının meyiti tapılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər