Əraqçi: Tehran yalnız ABŞ-ın İrana hücumlar üçün istifadə etdiyi bazalara zərbə endirir
sizinxeber.az xəbər saytı

Əraqçi: Tehran yalnız ABŞ-ın İrana hücumlar üçün istifadə etdiyi bazalara zərbə endirir


İran Silahlı Qüvvələri yalnız ABŞ tərəfindən İran ərazisinə qarşı hücumlar üçün istifadə olunan obyektlərə cavab zərbələri endirir.

Sizinxeber.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "X" hesabında yazıb.

“Silahlı qüvvələrimiz özünümüdafiə çərçivəsində ABŞ-ın mülki gəmiçiliyə qarşı hücumlar və atəşkəs rejiminin pozulması üçün istifadə etdiyi obyektlərə zərbələr endirir”, - deyə Əraqçi bildirib.

İranlı nazir vurğulayıb ki, İrana qarşı istənilən təcavüz qətiyyətli cavabla qarşılanacaq.

Əraqçinin sözlərinə görə, ABŞ və İsrail yeni müharibə yolu ilə daha əvvəl sanksiyalar və hərbi əməliyyatlarla əldə edə bilmədikləri nəticələrə nail ola bilməyəcəklər.

Oxşar xəbərlər

İsrail Tehran və İranın qərbindəki hərbi obyektlərə zərbələr endirir
Əraqçi Hörmüz boğazı ilə bağlı Omanla müsbət təmasdan bəhs edib
Rəsmi Moskva Kiyevin Krıvoy Roqda mülki obyektlərə zərbə endirilməsi ilə bağlı ittihamlarını rədd edib
Əraqçi: ABŞ-ın hücumundan əvvəl İran nüvə məsələsində güzəştlərə hazır idi
Lavrov Əraqçi ilə İran-İsrail münaqişəsini müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər