Gəncədə iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb
sizinxeber.az xəbər saytı

Gəncədə iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb


Gəncədə iki avtomobilin toqquşması nəticəsində üç nəfər xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Əziz Əliyev küçəsində baş verib.

"BMW" və "Changan" markalı maşınlar tooquşub. Hadisə zamanı 1949-cu il təvəllüdlü Nüsrəddin Qasımov, 1968-ci il təvəllüdlü Valeh Həsənov və 1975-ci il təvəllüdlü Vəli Hüseynov xəsarət alıblar. Xəstəxanaya çatdırılan şəxslərə ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Gəncədə iki avtomobil toqquşub, ölən və xəsarət alan var
Tovuzda iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb 
Gəncədə zəncirvari avtomobil qəzası olub, xəsarət alanlar var - YENİLƏNİB
Gəncədə avtomobil aşıb, bir ailənin dörd üzvü xəsarət alıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər