Bakıda SSRİ bayrağı qaldırmaqda ittiham edilən şəxslər özlərini təqsirli hesab etməyiblər - MƏHKƏMƏ
sizinxeber.az xəbər saytı

Bakıda SSRİ bayrağı qaldırmaqda ittiham edilən şəxslər özlərini təqsirli hesab etməyiblər - MƏHKƏMƏ


Bakıda keçmiş SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərməkdə təqsirləndirilən İbrahim Əsədli, Abdulla İbrahimli, Elçin Bayramlı və Mehman Zeynalovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

"Report"un məlumatına görə, Nizami Rayon Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttiham olunan şəxslər ittiham üzrə özlərini təqsirli hesab etməyiblər.

Növbəti proses aprelin 6-na təyin olunub.

Qeyd edək ki, sözügedən şəxsləri 2025-ci ilin noyabr ayında polis əməkdaşları saxlayıb.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, sözügedən şəxslərin başqa bir dövlətin dəstəyi və ayırdığı maliyyə hesabına ofis icarəyə götürərək qrup halında fəaliyyət göstərməsi və vaxtaşırı toplantılar həyata keçirməsi müəyyənləşib

Həmin şəxslərə məxsus ofis və mənzillərə baxış zamanı kommunist ideologiyasının təbliğinə yönəlik çoxsaylı materiallar, bayraqlar, radikallığı təbliğ edən kitab nüsxələri, CD-disklər və digər elektron cihazlar aşkarlanaraq götürülüb.

Həmin şəxslərə Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi üzrə ittiham irəli sürülüb.

Oxşar xəbərlər

Bakıda SSRİ bayrağı qaldırmaqda ittiham edilən şəxslər özlərini təqsirli hesab etməyib - MƏHKƏMƏ
Anar Abdullayev məhkəmə zalında həbs olunub
"Abzas Media" işində təqsirləndirilənlərin məhkəməsində ittiham aktı elan olunub
1 milyonluq mənimsəmə: Sabiq rəis özünü təqsirli bilmədi
Prokuror "Toplum TV" işi üzrə ittiham aktını elan edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər