Fazil Mustafa: Həbsxanalar narkotik istifadəçiləri ilə doldurulmalı deyil
sizinxeber.az xəbər saytı

Fazil Mustafa: Həbsxanalar narkotik istifadəçiləri ilə doldurulmalı deyil


Həbsxanalar narkotik istifadəçiləri ilə doldurulmalı deyil.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib.

Deputat bildirib ki, bu günlərdə vətəndaşlar kameralar vasitəsilə Yasamalda narkotik satışını həyata keçirən şəbəkənin ifşasına kömək etdi: “Narkotik istifadəçilərinin həbsini düzgün saymıram. Həbsxanalar narkotik istifadəçiləri ilə doldurulmalı deyil, onlar müalicə almalıdır. Amma narkotik satışını həyata keçirən şəbəkəni çökdürmək üçün bütün vətəndaşlar prosesə qoşulmalıdır. Birincisi, məktəblərin ətraflarında ola biləcək satış mexanizmlərini mütləq aşkara çıxarıb, onları məsuliyyətə cəlb etmək son dərəcə vacibdir. Ölkəmizin gələcəyini təhdid edən ən ciddi problem narkomaniyadır. Bu, xüsusilə qonşu ölkədən yönəldilən şəbəkə vasitəsilə bu həyata keçirilir”.

Oxşar xəbərlər

Fazil Mustafa: İrəvan qazılığının bərpası Qərbi Azərbaycana qayıdış strategiyasının önəmli həlqələrindəndir
Qaradağda 65 yaşlı şəxs narkotik satışı ilə bağlı saxlanılıb
Bakıda 20 kq narkotik dövriyyədən çıxarılıb
Bu il İİV-ə yoluxanların 55 nəfəri inyekson narkotik istifadəçiləridir
Nəsimi rayonunda 12 kq narkotik dövriyyədən çıxarılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər