

Birbank Visa kartları ilə ölkə xarici ödənişlərdə “Bir dünya fürsət” kampaniyası
Birbank Visa taksit və debet kart sahibləri üçün “Bir dünya fürsət” adlı kampaniyaya start verilir. Kampaniya çərçivəsində müştərilər həm xarici onlayn platformalarda, həm də xarici ölkələrdə edilən ödənişlərə görə 10 000 manatadək pul mükafatı qazana bilərlər.
19 may - 30 iyun 2025-ci il tarixlərində keçirilən kampaniya çərçivəsində Birbank Visa kartları ilə xarici saytlarda və tətbiqlərdə ən çox pul xərcləyən ilk 5000 müştəri, eləcə də xaricdə POS-terminal vasitəsilə ən çox pul xərcləyən ilk 500 müştəri kampaniyanın qalibləri sırasına düşəcək. Qeyd edək ki, hər iki istiqamət üzrə (xarici onlayn platformalar və xarici ölkədə ödənişlər) ayrı-ayrılıqda kampaniyanın üçüncüsünü 2000, ikincisini 3000, qalibini isə 10 000 AZN pul mükafatı gözləyir. Digər sıralarda olan minlərlə müştəri isə müxtəlif pul mükafatları qazanacaq.
İştirakçılar xüsusi hazırlanmış səhifəyə daxil olaraq FİN və doğum tarixi məlumatlarını yazmaqla sıralamadakı yerlərini, xərclədikləri məbləği və əməliyyatların sayını izləyə bilərlər. Qeyd edək ki, seçim onlayn və POS ödənişlər üzrə ayrı-ayrılıqda aparılacaq. Kampaniyadakı cari nəticələr və kampaniya haqqında ətraflı məlumat üçün: https://b-b.az/bdfp
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 118 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Oxşar xəbərlər
Birbank Visa taksit kartı sahibləri üçün onlayn alış-verişlərdə əlavə keşbek imkanı yaradır
Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edir
"Birbank"la "Bakı Kart" üzrə hər gediş 20% keşbek qazandırır
Umico.az-da Birbank kartları ilə ödənişlər indi daha çox qazandırır
Birbank taksit kartı sahiblərinə şad xəbər: Trendyol ödənişlərində hissəli ödəmə imkanının müddəti uzadılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
BMTM əməkdaşı: İslamofobiya ilə mübarizədə əsas məqsəd nifrəti susdurmaqdır
-
Ronaldu Səudiyyə Ərəbistanı çempionatını bombardir kimi başa vurub
-
AAYDA rəsmisi: Ağsuçay vadisində 1186 metrlik unikal avtomobil körpüsünün tikintisi davam etdirilir
-
Minifutbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start veriləcək
-
Tayland turistlərə alış-verişləri kriptovalyuta ilə ödəməyə icazə verəcək
-
Azərbaycanlı gənclər İstanbulda beynəlxalq liderlər forumunun iştirakçısı olub
