İsxak Hersoq: İsrail və Azərbaycan bir çox sahədə sıx əməkdaşlıq qurub
sizinxeber.az xəbər saytı

İsxak Hersoq: İsrail və Azərbaycan bir çox sahədə sıx əməkdaşlıq qurub


İsrail və Azərbaycan təhlükəsizlik və innovasiyalar, enerji, ticarət və turizm sahələrində sıx əməkdaşlıq qurub.

“Sizinxeber.az” xəbər verir ki, bunu İsrail Prezidenti İsxak Hersoq Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik videomüraciətində bildirib.

"İsrail xalqı və dövləti adından ən səmimi təbriklərimi qəbul edin", - İ.Hersoq qeyd edib.

O, Azərbaycan və İsrail xalqlarının dərin əməkdaşlıq tarixinə malik olduğunu vurğulayıb. Prezident, həmçinin müxtəlif mədəniyyətlərə və dinlərə mənsub xalqların Azərbaycanda sülh şəraitində yaşamasına imkan verən Azərbaycan multikulturalizmini xatırladıb.

"Yəhudi və Azərbaycan xalqları arasındakı əlaqələr əsrlər və minilliklər boyu davam edir. Bu qədər uzun müddət ərzində Azərbaycan tolerantlıq, müxtəliflik, bərabərlik rəmzi və müxtəlif mədəniyyətlərdən olan insanlar və xalqlar arasında birgəyaşayış, hörmət və əməkdaşlığın mümkünlüyünün sübutudur", - Hersoq bildirib.

O, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin İsraillə dövlətlərarası əlaqələrin möhkəmləndirilməsində mühüm rolunu qeyd edib.

Oxşar xəbərlər

İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Prezident İlham Əliyev Davosda İsxak Hersoqla görüşüb
İsxak Hersoq Azərbaycan liderinə təbrik ünvanlayıb
İlham Əliyev Davosda İsrail Prezidenti ilə görüşüb
İlham Əliyev İsrail Prezidenti İsxak Hersoqu təbrik edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər