Ramin Məmmədov ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin üzvləri ilə görüşüb
sizinxeber.az xəbər saytı

Ramin Məmmədov ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin üzvləri ilə görüşüb


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov "İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması" mövzusunda beynəlxalq konfransda iştirak etmək məqsədilə Azərbaycanda olan ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Yetmişlər Kvorumunun üzvləri ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə dini müxtəlifliyin qorunması və cəmiyyətlərarası dialoqun inkişafı istiqamətində fikir mübadiləsi aparılıb.

Dövlət Komitəsinin sədri qonaqlara ölkədəki dinlərarası harmoniya mühiti və birgəyaşayış ənənələri barədə məlumat verib. Qeyd edib ki, ölkəmizdə mütərəqqi dini dəyərlərin qorunması, vicdan və dini etiqad azadlığının təmin edilməsi, dini konfessiyalar arasında həmrəyliyin dərinləşməsi dövlətin qarşısında duran başlıca vəzifələrdən hesab olunur.

R. Məmmədov diqqətə çatdırıb ki, Azərbaycanda mövcud olan bütün konfessiyara məxsus dini ibadət yerlərinin tikilməsi, yenidən qurulması və təmiri diqqətdə saxlanılır, dövlət dini icmalara hər il maliyyə yardımı göstərir:

"Xalqımızın uzun əsrlər boyu yaşatdığı multikultural və toleranlıq dəyərlərinin qorunmasına göstərilən dövlət dəstəyi Azərbaycanı bu sahədə ən yaxşı nümunələrdən birinə çevirib".

ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Yetmişlər Kvorumunun üzvü Cek Gerard Azərbaycanın vəhdət və həmrəylik prinsiplərinin qorunmasına böyük səylə çalışmasını müsbət hal kimi dəyərləndirib. C.Gerard Azərbaycanda dövlət və dini icmalar arasında qarşılıqlı əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini, müxtəlif dini konfessiyalar arasında tolerantlıq münasibətlərinin tarixi ənənə olaraq nəinki qorunduğunu, həmçinin, bu münasibətlərin daha da dərinləşməsinə şərait yaradıldığını xüsusi olaraq vurğulayıb.

Oxşar xəbərlər

Ramin Məmmədov ABŞ-də Beynəlxalq Hüquq və Din Simpoziumuna qatılacaq
Dövlət Komitəsinin sədri Beynəlxalq Hüquq və Din Simpoziumunda iştirak edəcək
Dövlət Komitəsinin nümayəndə heyəti Rumıniyada kilsə və monastırları ziyarət edib
Ramin Məmmədov: Azərbaycanda dini və milli mənsubiyyətindən asılı olmayaraq hər kəs bərabər hüquqlara malikdir
Ramin Məmmədov Qazaxda vətəndaşların müraciətlərini dinləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər