Monteneqroda qızıl medal qazanan Zidan Hümbətov: "Qazaxıstan çempionuna qarşı ilk döyüşüm daha çətin oldu"
İlk döyüş daha çətin oldu. Çünki Qazaxıstan çempionu ilə mübarizə aparırdım.
Bunu “Sizinxeber.az”a açıqlamasında Azərbaycanın gənc boksçusu Zidan Hümbətov Monteneqronun Budva şəhərində keçirilən “Adriatik incisi” beynəlxalq turnirinin qalibi olması ilə bağlı danışarkən deyib.
Dünya Kuboku statuslu turnirdə 54 kq çəkidə mübarizə aparan idmançı keçirdiyi görüşlərdən danışıb:
“Yarış mənim üçün yaxşı keçdi. İlk döyüşdə Qazaxıstan idmançısı ilə qarşılaşdım və qələbə qazandım. İkinci döyüş qırğızıstanlı boksçuya qarşı idi. Ona nokdaunla qalib gəldim. Yarımfinalda və finalda da rəqiblərim qazaxıstanlı boksçular idi. Yarımfinalda 5:0, finalda isə 4:1 hesablı qələbə qazandım. İlk döyüş daha çətin oldu. Çünki Qazaxıstan çempionu ilə mübarizə aparırdım. Ümumilikdə çox güclü yarış idi”.
Qeyd edək ki, Azərbaycan boksçuları “Adriatik incisi” turnirində ümumilikdə 4 medal qazanıblar. Zidan Hümbətov (54 kq) qızıl, Banuçiçək Nəsirli (48 kq), Özləm Həsənova (66 kq) və İlkanə Əhmədova (+81 kq) isə bürünc medal əldə edib.
Oxşar xəbərlər
Azərbaycan millisinin daha bir boksçusu Monteneqrodakı turnirdə yarımfinala yüksəlib
Azərbaycan boksçusu beynəlxalq turnirə qələbə ilə başlayıb
Azərbaycan boksçusu beynəlxalq turnirdə finala vəsiqə qazanıb
Azərbaycan boksçusu Monteneqrodakı turnirin qalibi olub
Belqradda qızıl medal qazanan Azərbaycan boksçusu: “Rəqib yerli idmançı olduğuna görə final döyüşü gərgin keçdi”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
