Azərbaycanlı dünya çempionu: Taktikanı dəyişmədim, plana sadiq qaldım
Rəqiblərimin mənimlə görüşlərə hazırlaşdıqlarını hiss edirdim. Buna baxmayaraq, heç bir taktikanı dəyişmədim, plana sadiq qaldım.
"Sizinxeber.az" xəbər verir ki, bunu İordaniyanın Amman şəhərində keçirilən U-17 dünya çempionatında qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Turan Daşdəmirov (51 kq) Dünya Güləş Birliyinin (UWW) rəsmi saytına açıqlamasında deyib.
İdmançı artıq ikiqat Avropa və ikiqat dünya çempionu (hər ikisi U-17) olduğunu xatırladıb:
"Eyni nəticəni U-20 səviyyəsində də əldə etməyi planlaşdırıram. Mənim üçün ən çətin final qarşılaşması idi. İlk hissədə 1:3 hesabı ilə geridə idim. Amma sonra özümü toparlaya bildim, hesabı bərabərləşdirdim və sonda qalib gəldim. Ən vacib olan da bu idi".
Qeyd edək ki, yunan-Roma güləşçilərindən Ayxan Cavadov (60 kq) qızıl, Əmrah Əmrahov (48 kq) isə bürünc mükafata sahib çıxıb.
Oxşar xəbərlər
Azərbaycanın iki güləşçisi dünya çempionatının qızıl medalını qazanıb
Azərbaycan güləşçiləri dünya çempionatında üçüncü yeri tutub
Azərbaycanın iki güləşçisi dünya çempionu olub
Azərbaycanın yunan-Roma güləşçisi Paris olimpiadasından sonra karyerasını bitirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib
-
Trampın təhdidindən sonra İran nümayəndə heyəti danışıqları tərk etdi
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
