Azərbaycanlı Avropa çempionu: “Hədəfim dünya çempionatında qızıl medal qazanmaqdır”
sizinxeber.az xəbər saytı

Azərbaycanlı Avropa çempionu: “Hədəfim dünya çempionatında qızıl medal qazanmaqdır”


Şimali Makedoniyanın paytaxtı Skopyedə təşkil olunan U-17 Avropa çempionatında qızıl medal qazanan Azərbaycan yunan-Roma güləşçisi Rihad İbrahimli (110 kq) dünya çempionu olmağı hədəfləyib.

İdmançı bunu “Sizinxeber.az”a açıqlamasında bildirib.

Güləşçi yarımfinal görüşünün daha çətin keçdiyini bildirib:

“Yarış yaxşı keçdi, şükür Allaha ki, şempion oldum. İlk rəqibim Belarusdan idi. Ona 5:1 hesabı ilə qalib gəldim. 1/4 finalda polşalı rəqibimi 11:2 hesabı ilə məğlub etdim. Yarımfinal görüşü çətin oldu. Çünki ukraynalı rəqibim güclü idi. Buna baxmayaraq, qələbə qazanıb finala çıxdım. Həlledici görüşdə bolqarıstanlı idmançıya “tuşe” ilə qalib gəlib Avropa çempionu oldum”.

O, qarşıdakı hədəfini də açıqlayıb:

“Qarşıdakı hədəfim dünya çempionatında qızıl medal qazanmaqdır. Umid edirəm ki, yaxşı hazırlaşıb istəyimi reallaşdıracağam”.

Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşçiləri U-17 Avropa çempionatını 2 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub. Abdurrahman Hüseynli (45 kq) və Rihad İbrahimli (110 kq) Avropa çempionu olublar. Əli Nəzərov (60 kq) gümüş medal əldə edib. Qurban Məcnunovla (48 kq) Nicat Yeylaqaliyev (80 kq) isə üçüncü yeri tutub.

Millimiz 116 xalla komanda hesabında üçüncü olub.

Oxşar xəbərlər

Avropa çempionu olan azərbaycanlı güləşçi: "Rəqiblərimə asanlıqla qalib gəldim"
Azərbaycan güləşçisi Avropa çempionatında medal qazanmasına münasibət bildirib
Azərbaycanın daha bir yunan-Roma güləşçisi dünya çempionatında qızıl medal qazanıb - YENİLƏNİB
Azərbaycanın daha bir güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
Dünya çempionu: "Zəhmətimiz yerdə qalmadı, Azərbaycanı layiqincə təmsil etdik"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər