MOK rəsmisi Anar Bağırov İstanbul-2027 Avropa Oyunlarının şef de-mission seminarına qatılıb
sizinxeber.az xəbər saytı

MOK rəsmisi Anar Bağırov İstanbul-2027 Avropa Oyunlarının şef de-mission seminarına qatılıb


Türkiyənin İstanbul şəhərində Avropa Olimpiya Komitələri (AOK) və İstanbul-2027 Avropa Oyunlarının Təşkilat Komitəsi tərəfindən İstanbul-2027 Avropa Oyunlarının şef de-mission seminarına start verilib.

"Report" Milli Olimpiya Komitəsinə (MOK) istinadən xəbər verir ki, İstanbulda keçirilən seminarda Azərbaycanı MOK-un Beynəlxalq Əlaqələr Departamentinin direktoru Anar Bağırov təmsil edir.

Seminar çərçivəsində iştirakçı ölkələrin nümayəndələri üçün Oyunlara hazırlıq prosesi, yarış və qeyri-yarış obyektləri, idmançı kəndləri, akkreditasiya, logistika, nəqliyyat, təhlükəsizlik, tibbi xidmət, antidopinq proqramı, informasiya texnologiyaları və digər əməliyyat istiqamətləri ilə bağlı təqdimatlar keçiriləcək.

Bununla yanaşı, iştirakçılar yarış obyektləri və idmançı kəndləri ilə tanış olacaqlar.

Oxşar xəbərlər

Milli Olimpiya Komitəsinin nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir
MOK rəsmiləri Olimpiya Komitələri Assosiasiyasının 27-ci Baş Assambleyasında iştirak edirlər
Olimpiya oyunlarının mükafatçısı və ikiqat Avropa çempionu Bakıya gəlib
Kasım-Jomart Tokayev: "Türk Dünyası Həftəsi"nin keçirilməsi təşəbbüsünə görə İlham Əliyevə təşəkkür edirəm
Avropa Gənclər Paralimpiya Oyunlarında Azərbaycan bayrağını daşıyacaq idmançılar bəlli olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər