Bakıda atletika üzrə ölkə birinciliyinə start verilib
Bakıda 2010/2011-ci il təvəllüdlü idmançılar arasında atletika üzrə ölkə birinciliyinə start verilib.
"Report" xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının (AAF) təşkilatçılığı ilə keçirilən yarışın açılış mərasimində çıxış edən AAF vitse-prezidenti Könül Nurullayeva və Gənclər və İdman Nazirliyinin sektor müdiri Sevda Mirzəyeva iştirakçılara uğurlar arzulayıblar.
Yarışda paytaxt təmsilçiləri ilə yanaşı, Gəncə, Naxçıvan, Mingəçevir, İsmayıllı, Xızı, Quba, Xaçmaz, Astara və Bərdədən olan 170-dən çox atlet mübarizə aparır.
Ölkə birinciliyində müxtəlif məsafələrə qaçış, uzunluğa tullanma, hündürlüyə tullanma, çəkic atma, lövhə atma, nizə atma və nüvə itələmə üzrə bu yaş kateqoriyalarında ən güclülər müəyyənləşəcək.
Azərbaycan İdman Akademiyasının stadion kompleksi və AAF-ın Atma növləri üzrə bazasında keçirilən yarış 2 gün davam edəcək.
Oxşar xəbərlər
Bakıda cüdo üzrə şəhər birinciliyi keçiriləcək
Bakıda kişi və qadınlar arasında idman gimnastikası üzrə ölkə çempionatı keçiriləcək
İdman gimnastikası üzrə Azərbaycan çempionatı başa çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb
