Beynəlxalq Olimpiya Komitəsinin əməkdaşı Bakıya gələcək
sizinxeber.az xəbər saytı

Beynəlxalq Olimpiya Komitəsinin əməkdaşı Bakıya gələcək


Oktyabrın 23-dən 25-dək Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Təhlükəsiz idman bölməsinin məsləhətçisi Tiene Vertommen Azərbaycana səfər edəcək.

"Sizinxeber.az" xəbər verir ki, o, Bakıda Milli Olimpiya Komitəsinin (MOK) rəsmiləri, federasiya nümayəndələri və yerli məşqçilərlə görüşəcək.

Bu məqsədlə MOK-un inzibati binasında yerli federasiyaların məşqçilərinin iştirakı ilə maarifləndirici tədbir keçirilib. BOK-un tələb və tövsiyələrinə uyğun olaraq “Təhlükəsiz idman” mövzusunda maarifləndirmə və təbliğat işləri ilə bağlı keçirilən tədbirdə MOK-un beynəlxalq proqramlar idarəsinin rəhbəri Mehman Kərimov, idman idarəsinin baş məsləhətçisi, Təhlükəsiz idman üzrə BOK-un setifikatlaşdırılmış mütəxəssisi Vaqif Əliyev iştirak ediblər.

Mehman Kərimov BOK-un Təhlükəsiz idman bölməsinnin məsləhətçisi Tiene Vertommenin ölkəmizə səfərinin yaddaqalan olacağını bildirib. O, qeyd edib ki, bu tədbir zamanı iştirakçılara paylanılan sorğu məlumatları belçikalı mütəxəssisə göndəriləcək. Bununla da Azərbaycan idmanı ilə bağlı xanım Vertommendə geniş təsəvvür yaranacaq.

MOK-un idman idarəsinin baş məsləhətçisi Vaqif Əliyev BOK və Avropanın aparıcı universitetləri tərəfindən etimad qazanan T.Vetommenin ölkəmizə səfərinin yeni təcrübə olacağını söyləyib.

Çıxışlar başa çatdıqdan sonra Vetommennlə video-bağlantı yaradılıb. O, tədbir iştirakçılarına Təhlükəsiz idman mövzusunda bir sıra maraqlı məlumatlar verib.

Oxşar xəbərlər

Beynəlxalq Olimpiya Komitəsinin rəsmisi Bakıya gəlib
Azərbaycan idmançılarının bir qrupu Paris Yay Olimpiya Oyunlarına yola salınıb - FOTO
Milli Olimpiya Komitəsində Afrika qitəsindən gələn MOK rəsmiləri görüş keçirilib
Milli Olimpiya Komitəsində Afrika qitəsindən gələn MOK rəsmiləri ilə görüş keçirilib
Mikayıl Cabbarov Gəncə İdman Sarayında yaradılmış şəraitlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle