Azərbaycanın daha iki boksçusu Dünya Kubokunda qələbə qazanıb
Azərbaycanın daha iki boksçusu Braziliyanın Fos-du-İquasu şəhərində keçirilən Dünya Kubokunda qələbə qazanıb.
"Report"un məlumatına görə, reytinq xarakterli yarışın ikinci Zidan Hünbətov (55 kq) 1/16 finalda Aqustin Susloaqanı (Uruqvay) mübarizədən kənarlaşdırıb – 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27).
O, növbəti görüşünü Rafael Lozano Serranoya (İspaniya) qarşı keçirəcək. Döyüş aprelin 23-də baş tutacaq.
Məhəmməd Abdullayev (+90 kq) də Dünya Kubokuna qələbə ilə başlayıb. Boksçu 1/8 finalda Yakub Domuradı (Polşa) 5:0 (30:27, 30:27, 29:28, 30:27, 29:28) hesabı ilə məğlub edib. Abdullayev ikinci görüşündə Luka Pratljaçiçlə (Xorvatiya) üz-üzə gələcək. Döyüş aprelin 24-də baş tutacaq.
Qeyd edək ki, Dünya Kubokuna aprelin 26-da yekun vurulacaq. Daha əvvəl Nəbi İsgəndərov (70 kq) rəqibini məğlub edib.
Oxşar xəbərlər
Nəbi İsgəndərov Dünya Kubokuna qələbə ilə başlayıb
Azərbaycanın iki boksçusu Dünya Kubokunda 1/4 finala yüksəlib
Azərbaycanın 2 boksçusu dünya birinciliyində qələbə qazanıb
Azərbaycanın 4 boksçusu dünya birinciliyində 1/4 finala yüksəlib
Azərbaycanın 3 boksçusu dünya birinciliyində qələbə qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
