Abşeron Olimpiya İdman Kompleksində cüdo texnikaları üzrə imtahan keçiriləcək
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində cüdo texnikaları üzrə imtahan keçiriləcək.
"Sizinxeber.az" xəbər verir ki, U-14 və U-17 yaş kateqoriyalarını əhatə edəcək imtahanda müvafiq olaraq U-14 Liqa yarışının II turu və U-17 Liqa yarışının I turu üçün qeydiyyatdan keçmiş yeniyetmə cüdoçular iştirak edə biləcəklər.
İştirak könüllü xarakter daşıyır. Bununla yanaşı, imtahan nəticələrinin ümumi bala təsir etməsi üçün idmançıların yarışda və ya rəsmi çəki prosesində iştirak etməsi vacibdir. Çəki limitini 5 faizdən artıq aşan idmançıların imtahan nəticələri nəzərə alınmayacaq.
Qiymətləndirmə sisteminə əsasən, yarışda qazanılan xalların 70 faizi, imtahanda əldə olunan nəticələrin isə 30 faizi yekun bala əlavə ediləcək. Bu yanaşma yeniyetmə cüdoçuların həm texniki hazırlığının, həm də yarış performansının paralel şəkildə inkişafına xidmət edir.
Oxşar xəbərlər
Azərbaycan Cüdo Federasiyası kəmər dərəcələri üzrə imtahan təşkil edib
Quba Olimpiya İdman Kompleksində cüdoçuların beynəlxalq təlim-məşq toplanışı davam edir
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
Cüdo üzrə kişilər arasında Liqa yarışının II turu keçirilib
Cüdo Federasiyasının təşkilatçılığı ilə Bakıda kəmər dərəcələri üzrə imtahan keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
-
Türkiyənin iki vilayətində naməlum pilotsuz uçuş aparatları aşkarlanıb
