"Masdar": Azərbaycan Mərkəzi Asiya və Avropa arasında BOEM üzrə əsas haba çevrilə bilər
Azərbaycan həm region çərçivəsində, həm də onun hüdudlarından kənarda enerji əlaqəliliyinin təmin edilməsi üçün tamhüquqlu dayağa çevrilmək üzrə bütün imkanlara malikdir.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Masdar" şirkətinin biznesin və layihələrin inkişafı üzrə direktoru Abdulla Zayed 31-ci Bakı Enerji Forumunda çıxış edərkən bildirib.
"Nəzərdə tutduğum odur ki, Azərbaycan bərpa olunan enerji mənbələri (BOEM) sahəsində iri layihələrin həyata keçirilməsi üçün hab rolunu oynamaq, "yaşıl enerji" güclərini əhəmiyyətli miqyasda artırmaq və Mərkəzi Asiya ilə Avropa arasındakı qarşılıqlı əlaqə kontekstində ixracatçı olmaq iqtidarındadır. Azərbaycan geniş ərazi resurslarına, eləcə də günəş və külək enerjisi kimi əlçatan təbii mənbələrin zənginliyinə malikdir.
Ölkədə xarici investorlar və developerlərə irimiqyaslı layihələrin həyata keçirilməsi məqsədilə yerli bazara çıxmaq imkanı yaradan, özünü doğrultmuş normativ-hüquqi sistem fəaliyyət göstərir", - "Masdar"ın direktoru qeyd edib.
A. Zayedin sözlərinə görə, Azərbaycan artıq layihələrin həyata keçirilməsində müsbət təcrübəyə və BOEM sahəsində potensialın gələcəkdə artırılması üçün resurs bazasına malikdir, bu da ölkəni əhəmiyyətli dərəcədə regional qarşılıqlı əlaqə üçün dayaq nöqtəsinə çevirir.
"Azərbaycan elektrik enerjisini bir çox istiqamətlər üzrə ixrac etmək imkanına malikdir. İkincisi, Azərbaycan belə bir qarşılıqlı əlaqə üçün körpü ola bilər. Xəzər dənizinə çıxışı olmaqla və Avropaya coğrafi yaxınlıqda yerləşməklə, o, Mərkəzi Asiyanı Azərbaycanla birləşdirə və daha sonra bütün resursları Avropa istiqamətinə yönəldə bilər. Bundan əlavə, ölkə həm region daxilində, həm də onun hüdudlarından kənarda müxtəlif dövlətlər arasında elektrik enerjisinin paylanması və onun ticarəti məsələlərində balanslaşdırıcı rol oynamaq qabiliyyətindədir. Başqa sözlə, həm də əlaqələndirici həlqə kimi çıxış edə bilər. Üçüncüsü və mənim fikrimcə, ən əhəmiyyətli məqam ondan ibarətdir ki, Azərbaycan nümunə olmağa və qalan bütün dünyaya güclü bir siqnal ötürməyə qadirdir.
Ölkə neft-qaz sənayesi ətrafında qurulmuş karbohidrogen iqtisadiyyatının dərin irsinə malikdir. Bununla belə, təxminən son on il ərzində bərpa olunan energetikaya irimiqyaslı sərmayələr yönəldilib. Ölkə iqtisadiyyatı sırf neft-qaz iqtisadiyyatından aşağı karbonlu həllərə əsaslanan daha dayanıqlı modelə çevrilib, özü də bu, Azərbaycanın hələ də nəhəng karbohidrogen ehtiyatlarına malik olduğu bir halda baş verib. Artıq təkcə bu faktın özü dünya ictimaiyyətinə birmənalı siqnal göndərir: əgər Azərbaycan buna nail ola bilibsə və əgər onlar formalaşdırdıqları enerji balansının həyat qabiliyyətli olduğunu və karbohidrogen iqtisadiyyatının bünövrəsi üzərində inkişaf edə biləcəyini nümayiş etdiriblərsə, deməli, bu, hər kəs üçün əlçatandır. Daha heç kimin bəhanəsi qalmır. Regionda əsl qarşılıqlı əlaqələri təmin etmək naminə Azərbaycan bu həlledici və son dərəcə vacib rolu öz üzərinə götürməyə qadirdir", - Ə. Zayed deyib.
Oxşar xəbərlər
Rafael Qrossi: "AEBA Azərbaycandan və Mərkəzi Asiyadan 600-dən çox BOEM layihəsi əldə edib"
“Masdar”: “Azərbaycan "yaşıl enerji” investorları üçün cəlbedici bazara çevrilir”
“Masdar” Azərbaycandan "yaşıl enerji"nin ixracı üzrə layihələrdə iştirak etməyə hazırdır
"Masdar": Azərbaycan "yaşıl enerji" qovşağına çevrilməyə başlayır
“Masdar” Azərbaycanın elektrik enerjisinə olan tələbatının 30 %-dən çoxunu BOEM hesabına təmin edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlanıb
-
Cəlilabadda 5 yaşlı uşaq su anbarında boğulub
-
Sabah Xəzər və Xətai rayonunlarının bəzi ərazilərində qaz olmayacaq
-
Konqo Demokratik Respublikasında Ebolaya yoluxanların sayı 321-ə çatıb
-
SOCAR ilə "Gran Tierra Energy Inc." arasında saziş üzrə görülən işlər nəzərdən keçirilib
-
SOCAR-la "ExxonMobil Corporation" arasında memorandum üzrə görülən işlər nəzərdən keçirilib
