Elnur Əliyev: Alitəhsilli anaların övladları daha yüksək nəticələr göstərirlər
Aparılan təhlillər göstərir ki, alitəhsilli anaların övladları bir sıra istiqamətlər üzrə daha yüksək nəticələr nümayiş etdirir.
"Sizinxeber.az" xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı Tədqiqatının (IELS 2025) nəticələrinə dair ekspertlər və media nümayəndələri üçün təşkil edilən məlumatlandırma sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, savadlılıq göstəricisi alitəhsilli anaların uşaqlarında 501 bal olduğu halda, ali təhsili olmayan anaların övladlarında bu göstərici 474 bal təşkil edib:
"Riyazi bacarıqlarda da oxşar fərq müşahidə olunur: müvafiq olaraq 546 və 510 bal. Emosiyanın səbəbinin müəyyən edilməsi üzrə də fərq cüzi olub (503 və 502 bal). Sosial davranış göstəricilərində isə diqqətçəkən fərqlər mövcuddur. Sosialyönümlü müsbət davranış alitəhsilli anaların övladlarında 524 bal olduğu halda, digər qrupda 492 baldır. Maraqlı məqamlardan biri isə pozucu olmayan davranış üzrə nəticələrdir. Bu sahədə ali təhsili olmayan anaların övladları (514 bal) alitəhsilli anaların övladlarını (504 bal) üstələyib".
Oxşar xəbərlər
Azərbaycan ilk dəfə IELS beynəlxalq qiymətləndirmə tədqiqatında iştirak edəcək
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə şəhid övladları üçün tədbir keçirilib
Nazir müavini: ETSN-də işləyən 1265 xanım əməkdaşın 62-si rəhbər vəzifələrdədir
Səfərbərlik xidməti: Hərbi xidmət müddətinin azaldılması müzakirə mövzusu deyil
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
