Nazir müavini: ETSN-də işləyən 1265 xanım əməkdaşın 62-si rəhbər vəzifələrdədir
sizinxeber.az xəbər saytı

Nazir müavini: ETSN-də işləyən 1265 xanım əməkdaşın 62-si rəhbər vəzifələrdədir


Ekologiya və Təbii Sərvətlər Nazirliyində işləyən 1265 xanım əməkdaşın 62-si rəhbər vəzifələrdədir və yüksək peşəkarlıqla fəaliyyət göstərirlər.

"Sizinxeber.az" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) "AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi" mövzusunda beynəlxalq konfransı çərçivəsində keçirilən "Ətraf mühitin qorunması və dayanıqlılığın artırılmasında qadın liderliyi" adlı panel müzakirədə deyib.

O qeyd edib ki, bu göstərici qadınların ekoloji məsələlərdə aktivliyinin təsdiqidir:

"Nazirlik yanında Ekoloji Şurada da xanımlar təmsil olunur və onlar aktivdirlər. Bizim ekokönüllülərimizin də əksəriyyəti gənc qızlardır. Gələcək nəslin ekoloji məsuliyyət hissi ilə böyüməsində qadınların, xüsusilə anaların və müəllimlərin rolu kifayət qədər yüksəkdir. Qadınlar artıq ətraf mühitin qorunmasında əsas faktora çevrilir. Lakin dünya təcrübəsi də göstərir ki, qadınların potensialı tam reallaşdırılmayıb".

Oxşar xəbərlər

Bakıda AQEM-in qadınların liderliyinə həsr olunmuş beynəlxalq konfransı keçirilir
Çiğdem Erdoğan: Türkiyədə qadınların sahibkarlıqda aktiv iştirakı zərurət sayılır
Nurgül Tau: Qadınların öz potensiallarını reallaşdıra biləcəkləri cəmiyyət qurulacağına əminik
Regionlarda 780 qadın kollektiv biznes modeli əsasında özünü məşğulluqla təmin edib
Nazir Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər