Səfərbərlik xidməti: Hərbi xidmət müddətinin azaldılması müzakirə mövzusu deyil
sizinxeber.az xəbər saytı

Səfərbərlik xidməti: Hərbi xidmət müddətinin azaldılması müzakirə mövzusu deyil


Həqiqi hərbi xidmət müddətinin azaldılması məsələsi müzakirə mövzusu deyil.

"Report" xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, son günlər “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanuna, habelə “Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə bir sıra dəyişikliklərin edilməsi məsələsi cəmiyyətdə geniş müzakirə olunur:

"Lakin əfsuslar olsun ki, bəzi xəbər saytlarında, sosial şəbəkə səhifələrində tirajlanan xəbərlər, həmçinin ekspertlər tərəfindən bildirilən fikirlər ictimaiyyət arasında çaşqınlıq yaradıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qanunun müvafiq müddəalarının təkmilləşdirilməsinə dair təkliflər verib və layihə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinə təqdim edilib.

Hazırda komitə üzvləri tərəfindən dəyişikliklər müzakirə olunub və Milli Məclisin plenar iclasına çıxarılıb. Milli Məclis tərəfindən qəbul edildiyi və ölkə başçısı tərəfindən imzalandığı təqdirdə qanunun yeni müddəaları qüvvəyə minəcək".

Məlumata görə, sözügedən məsələ ilə bağlı hələlik qanuna heç bir dəyişiklik edilməyib:

"Sadəcə, bir qədər səbirli olub, nəticəni gözləmək lazımdır. Dəyişikliklər bir sıra yenilikləri nəzərdə tutur. Lakin həqiqi hərbi xidmət müddətinin azaldılması məsələsi müzakirə mövzusu deyil. Yəni alitəhsilli çağırışçılar əvvəllər olduğu kimi, 12 ay, digər hallarda isə 18 ay müddətində həqiqi hərbi xidmətə gedəcəklər".

Oxşar xəbərlər

İlham Əliyev Səfərbərlik Xidməti ilə bağlı FƏRMAN imzalayıb
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində YENİ TƏYİNATLAR
Hərbi Xidmətdən Yayınanlara Ölkədən Çıxış Qadağası Gəlir!
Deputat bir sıra şəxslərin müvafiq vəsait qarşılığında hərbi xidmətdən azad olunmasını təklif edib - YENİLƏNİB
Həlak olan hərbi qulluqçulara şəhid statusu veriləcək ?- RƏSMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle