Bakıda məktəb direktorunun müəllimləri təhqir etməsi iddiası ilə bağlı araşdırma aparılır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
06 
mar
2025
12:50

Bakıda məktəb direktorunun müəllimləri təhqir etməsi iddiası ilə bağlı araşdırma aparılır

06 mar, 2025
12:50
572

Bakıda məktəb direktorunun müəllimləri təhqir etməsi iddiası ilə bağlı araşdırma aparılır

Bakı şəhəri 301 nömrəli tam orta məktəb direktorunun müəllimlərə qarşı uyğunsuz davranışı ilə bağlı aşkara çıxarılan faktlar üzrə araşdırmalar davam edir.

Bu barədə Sizinxeber.az-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən açıqlama verilib.

Martın 6-da Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri məktəbdə olub, pedaqoji heyətin üzvləri ilə müvafiq söhbətlər aparıblar.

Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, bir neçə gün öncə paytaxtın Biləcəri qəsəbəsində yerləşən 301 nömrəli tam orta məktəbin müəllimləri direktor Sevda Sarıyevanın dərs saatlarını rüşvətlə bölüşdürdüyü iddiası ilə “Xəzər TV”yə müraciət ediblər. Müəllimlərin sözlərinə görə, onlar direktor tərəfindən təhqir, hətta, təhdid də edilirlər.

Bizimlə əlaqə saxlayın