Sentyabrın 23-də Xankəndidə 4 nömrəli məktəbdə ilk dərs günü təşkil olunacaq - FOTO
- 21-09-2024, 12:50
- İqtisadiyyat / Sosial
- 0
- 1 314
"Ötən bir il ərzində Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, Ağdərə rayonu Talış kənd tam orta məktəb və Talış kənd körpələr evi-uşaq bağçası istifadəyə verilib. İki gün əvvəl isə Prezident İlham Əliyevin iştirakı ilə Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin açılışı olub. Sentyabrın 23-də Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbdə ilk dərs günü təşkil olunacaq".
APA xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Qarabağ Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Anar Məcidov deyib.
O, həmçinin qeyd edib ki, 624 şagird yerlik məktəbə 296 nəfər şagird qeydiyyatdan keçib. 57 nəfər şagird isə gözləmədədir. Bu o deməkdir ki, yaxın günlərdə biz o şagirdləri məktəbə və təhsilə cəlb ediləcək. Bundan başqa Xankəndi şəhər 4 nömrəli tam orta məktəbdə müəllim kollektivinin formalaşması da başa çatmaq üzrədir:
"Məktəbin direktoru müəyyənləşib və rəsmiləşdirilib. Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə biz işğaldan azad olunmuş bütün ərazilərdə, o cümlədən Xankəndi şəhər 4 nömrəli tam orta məktəbdə bilik və bacarıqları ən yüksək səviyyədə olan müəllimləri seçərək işə qəbul etmişik. İnanırıq ki, biz şəhidlərimizin canı, qazilərimizin qanı hesabına başa gələn bu böyük qələbəyə yüksək təhsilimizlə cavab verəcəyik. Yaxın illərdə Xankəndi şəhər 4 nömrəli tam orta məktəb öz uğurları ilə bütün Azərbaycanı sevindirək”- deyə, A.Məcidov əlavə edib.
Sonda A.Məcidov onu da qeyd edib ki, Xankəndi şəhəri ilə bərabər Kərkicahan qəsəbəsində 1 nömrəli tam orta məktəb və uşaq bağçası da hazır vəziyyətə gətirilib. Yaxın gələcəkdə həmin təhsil müəssisələrinin də açılması planlaşdırılır.


alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />