Regional İdarə: Gəncədə müəllimin şagirdi döyməsi ilə bağlı iddia araşdırılır
sizinxeber.az xəbər saytı

Regional İdarə: Gəncədə müəllimin şagirdi döyməsi ilə bağlı iddia araşdırılır


"34 nömrəli məktbədə müəllimin şagirdə qarşı uyğunsuz davranışı iddiası ilə bağlı vətəndaş müraciəti edilib. Müraciət əsasında həm Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi, həm də hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır".

Bunu Sizinxeber.az-nın sorğusuna cavab olaraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildiriblər.

Araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcəyi vurğulanıb.

Qeyd edək ki, Gəncə şəhərində yerləşən Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbdə müəllimin 5-ci sinif şagidini döyməsi ilə bağlı mediada xəbərlər yayılıb.

Günay Elşən

Oxşar xəbərlər

Gəncədə X sinif şagirdi məktəbliyə xəsarət yetirib
Gəncədə məktəblinin "TikTok"da canlı yayıma çıxması ilə bağlı araşdırma aparılır
Bakıda məktəbdə şagird şagirdə kəsici alətlə xəsarət yetirib
Sumqayıtda məktəb direktorunun şagirdlərdən pul tələb etməsi iddiası araşdırılır
Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi işdən çıxarılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər