Bakı məktəbləri üçün psixoloqların işə qəbulu müsabiqəsinin test imtahanının vaxtı açıqlanıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi martın 5-də keçiriləcək.
"Sizinxeber.az" xəbər verir ki, paytaxtdakı 263 və 158 nömrəli tam orta məktəblərdə təşkil olunacaq test imtahanında 690 nəfərin iştirakı nəzərdə tutulub.
Namizədlərə imtahanın keçiriləcəyi məkan və vaxt barədə məlumat qeydiyyatdan keçdikləri mobil nömrəyə SMS vasitəsilə göndərilib.
İmtahanda namizədlərə 40 (ixtisas üzrə hər biri 3 bal olmaqla 20 sual, İKT səriştələri üzrə hər biri 2 bal olmaqla 10 sual və məntiq üzrə hər biri 2 bal olmaqla 10 sual) test tapşırığınının cavablandırılması üçün 90 dəqiqə vaxt veriləcək.
Test imtahanının nəticələri barədə məlumat namizədlərə SMS vasitəsilə göndəriləcək.
Keçid bal həddi (ixtisas üzrə minimum 42 bal, İKT üzrə minimum 10 bal, məntiq üzrə minimum 10 bal) 62 bal olaraq müəyyən edilib. 62 və daha yüksək bal toplayan namizədlər müsabiqənin müsahibə mərhələsinə dəvət ediləcək.
Oxşar xəbərlər
Bağça müəllimlərinin işə qəbulu üzrə müsabiqənin test imtahanı keçirilir
Biləsuvarda ilk dəfə “Məktəblinin dostu” layihəsinin test imtahanı keçirilib
Məktəblərdə vakant direktor vəzifəsinə işə qəbul üzrə test imtahanı keçirilir
Direktor müavinlərinin işə qəbulu üzrə müsahibələrin vaxtı açıqlanıb
Bağçalara direktor vəzifəsinə işə qəbul üzrə test imtahanı keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













