Son iki ayda Naxçıvanda 16 təhsil müəssisəsinin rəhbəri işdən çıxarılıb
2024-2025-ci tədris ilində Naxçıvan Muxtar Respublikasında (MR) 16 təhsil müəssisəsinin rəhbəri vəzifəsindən azad olunub, 33 direktora xəbərdarlıq, töhmət və şiddətli töhmət verilib
"Report"un yerli bürosu xəbər verir ki, MR Təhsil Nazirliyinin və rayon (şəhər) Təhsil Şöbələrinin monitorinq qrupları tərəfindən tədris ilinin başlanğıcından bu günə kimi ümumtəhsil məktəblərində təlim-tərbiyə prosesinin təşkili vəziyyəti, tədris-pedaqoji sənədləri yoxlanılıb və bir sıra məktəblərdə nöqsanlar aşkar olunub.
Aparılmış monitorinqlər nəticəsində işlərində yol verdiyi nöqsanlara görə 13 məktəb, 1 məktəbdənkənar təhsil müəssisəsinin direktoru, 2 bağça müdiri vəzifəsindən azad olunub, 15 direktora xəbərdarlıq, 15 direktora şiddətli töhmət, 3 direktora isə sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət verilib.
Oxşar xəbərlər
Beş məktəbdənkənar təhsil müəssisəsinin rəhbəri işdən çıxarılıb, 59 direktora xəbərdarlıq edilib
Məktəbdənkənar təhsil müəssisələrində nəzarət tədbirləri artırılıb, beş rəhbər işdən çıxarılıb
Naxçıvanda davranış qaydalarını pozan müəllimə işdən çıxarılıb, direktora töhmət verilib
Nazir: Naxçıvanda təhsil sahəsində çalışan 5 nəfər işdən çıxarılıb, 31-nə töhmət verilib
Balababa Rzayevə şiddətli töhmət elan edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
