Məktəbdənkənar təhsil müəssisələrində nəzarət tədbirləri artırılıb, beş rəhbər işdən çıxarılıb
Məktəbdənkənar təhsil müəssisələrində nəzarət tədbirləri artırılıb.
"Sizinxeber.az" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov keçirdiyi hesabat brifinqində deyib.
Onun sözlərinə görə, monitorinqlər nəticəsində 5 müəssisə rəhbəri işdən çıxarılıb, 59 direktora xəbərdarlıq, töhmət və şiddətli töhmət verilib.
O qeyd edib ki, 4 istiqamət üzrə yoxlama meyarları əsasında məktəbdənkənar təhsil müəssisələrində monitorinqlər keçirilib:
"Proses 145 müəssisənin 107-ni əhatə edib. Müəssisələrdə təlim-tərbiyə prosesinin təşkili vəziyyəti, tədris-pedaqoji sənədlər, kadrlarla işin təşkili, maddi texniki baza və maliyyə-təsərrüfat sənədləri yoxlanılıb. Nəticədə 125 qrup bağlanılıb".
Oxşar xəbərlər
Beş məktəbdənkənar təhsil müəssisəsinin rəhbəri işdən çıxarılıb, 59 direktora xəbərdarlıq edilib
Məktəbdənkənar təhsil müəssisələrində işləyənlərin diaqnostik qiymətləndirilməsi keçirilə bilər
Bakıda 175 məktəbəqədər təhsil müəssisəsində monitorinq aparılıb
Eşqi Bağırov: Cari tədris ili üçün 7 milyon 150 min dərslik sifariş üzrə təqdim edilib
Nazir: Naxçıvanda təhsil sahəsində çalışan 5 nəfər işdən çıxarılıb, 31-nə töhmət verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













