Nazir: Bir neçə gündən sonra Türkiyə-Azərbaycan Universitetinin açılışı olacaq
Bir neçə gündən sonra Türkiyə-Azərbaycan Universitetinin açılışı olacaq.
Bunu Türkiyənin Kahramanmaraş şəhərində Heydər Əliyev adına ibtidai məktəbin açılışında iştirak edən elm və təhsil naziri Emin Əmrullayev “Sizinxeber.az”un Ankara bürosuna açıqlamasında deyib.
Nazir bildirib ki, bir türk ailəsi olaraq daha da böyüməli və bunu təbliğ etməliyik: “Türk dünyasının birliyi ideyası müəllimlər tərəfindən şagirdlərimizə veriləcək ən böyük töhfə olar. Türkiyə-Azərbaycan birliyinin güclənməsi üçün əlimizdən gələni etməliyik. Çünki birlikdə güclü olduğumuz təqdirdə bütün problemlərin öhdəsindən daha asan gələ bilərik”.
E.Əmrullayev qeyd edib ki, Azərbaycanda gələn həftə fəaliyyətə başlayacaq Türkiyə-Azərbaycan Universiteti iki ölkə arasındakı əlaqələr üçün önəmli hadisə olacaq.
O, həmçinin Xankəndi şəhərində fəaliyyətə başlayacaq Qarabağ Universitetinin də açılış mərasiminin olacağını vurğulayıb: “İnanıram ki, bu universitet sadəcə Azərbaycanın deyil, eləcə də bütün türk dünyasının ali təhsil mərkəzinə çevriləcək”.
Oxşar xəbərlər
İstanbulda Azərbaycan məktəbi açılacaq
Türkiyə-Azərbaycan Universitetinin fəaliyyəti ilə bağlı yeni detallar açıqlanıb
Bu il Xocalı, Xankəndi və Cəbrayılda məktəblər fəaliyyətə başlayacaq
Təhsil naziri Türkiyə-Azərbaycan Universitetinin yaradılmasından danışıb
Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbulunun nəticələri açıqlanıb, bu il 87 tələbə təhsil alacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"












